Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Binaları istismara qəbul etdirməyib pul qazanırlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Binaları istismara qəbul etdirməyib pul qazanırlar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Bir sıra tikinti şirkətləri inşa etdikləri binaların istismara qəbul edilməməsində özləri maraqlıdırlar”.

 

“Marja”nın məlumatına görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib.

 

Onun sözlərinə görə, bunun səbəbi tikinti şirkətlərinin mənzillərin alqı-satqısından müəyyən qazanc götürmələridir:

 

“Binaların istismara qəbul edilməsində bəzən mənzil tikinti kooperativi (MTK) maraqlı olmur. Niyə?! Mənzillər qeydiyyatdan keçməyən zaman o mənzillərin vətəndaşlar arasında biri-birlərinə alqı-satqısı MTK-lar və ya tikinti şirkətləri tərəfindən həyata keçirilir. Bu da müəyyən ödənişlər müqabilində olur. Binalar istismara qəbul edildikdən sonra, mənzillərə hüquqlar dövlət tərəfindən tanındıqdan sonra bütün proseslər notarial qaydada olacaqdır. Mən fürsətdən istifadə edib vətəndaşlara müraciət etmək istəyirəm ki, çalısınlar hüquqları tanınmış mənzilləri alsınlar. Və ya istismara qəbul edilmiş binalardan mənzillər alsınlar. Bunun üçün Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidməti var. O xidmət vasitəsilə binanın qeydiyyatının aparıldığını öyrənmək mümkündür (Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi xidməti-red) ”.

20.02.2019 06:37

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ