Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"1 kq ətin idxal dəyəri 1 dollardan 17.7 dollara qalxıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"1 kq ətin idxal dəyəri 1 dollardan 17.7 dollara qalxıb"

Azərbaycana idxal edilən bəzi məhsulların, o cümlədən təzə quzu ətinin idxal qiyməti 2 il ərzində kəskin artıb.

 

“Marja”nın məlumatına görə, məsələ ilə bağlı iqtisadçı-ekspert Facebook səhifəsində yazıb ki, 1 kq quzu ətinin idxal dəyəri 1 dollardan 17,7 dollara yüksəlib:

 

"2018-ci il üzrə gömrük statistikasının genişləndirilmiş variantı açıqlanıb. Leqallaşma ilə bağlı təbliğatı nəzərə alaraq 2017 və 2018-ci ili ətraflı müqayisə etməyi qərara almışam. Xüsusilə idxalın əmtəə və coğrafi strukturu əsasında idxalın natural həcmində, ümumi dəyərində və məhsulun 1 vahidi hesabı ilə idxalın dəyərində dəyişiklikləri izləmək çox önəmlidir. 


Faktlara baxırsan, nəyin gerçək olduğunu ayırd etmək çox çətindir.

 

Bir nümunə deyim: 020410 əmtəə kodu təzə quzu ətinə aiddir. 2016-cı ildə bu kod altında ölkəyə 1 kq ətin idxal dəyəri 1 dollar olub, 2017-ci ildə 14 dollara yüksəlib, 2018-ci ildə artıq 17.7 dollar çatıb. Doğrudur, bu kod altında ölkəyə böyük həcmdə məhsul gəlməyib - 6180 dollar dəyərində 350 kq. Amma məsələ kütlə və dəyərdə deyil - 1 kq idxalın orta dünya bazar və daxili bazar qiymətəri ilə müqayisədə nə dərəcədə real görünməsindədir.


Ən maraqlısı odur ki, biz özümüz də bu kod altnda məhsul ixrac etmişik - amma hər kq-ı 6.5 dollara. Eyni məhsulun idxal və ixrac qiyməti arasında az qala 3 dəfə fərq var. Lap idxal dəyərindəki nəql xərclərini nəzərə almasaq belə, fərq 2 dəfədən çoxdur.


Əvvəllər biz idxalın gizlədilməsindən şikayətlənidik. Gerçəkdən də kiloqramı 1 dollara quzu əti idxal etmək olmaz - bu çox ucuzdr. Amma kiloqramı 17.7 dollara da olarmı - bu da çox baha deyilmi? Məsələn, “Comtrade”in məlumatına görə, quzu ətinin dünyada ən iri ixracatçılarında ixrac qiyməti 5.5-6.5 dollar olub. Nəql xərclərini də nəzərə alsaq, maksimum 7-8 dollardan söhbət gedir. Nəsə iddia etmək çox çətindir, amma yaranmış vəziyyətin gömrükdə invoys qiymətərini nəzərə almadan "minimum qiymət" tətbiqinin nəticəsi olub-olmadığını aydınlaşdırmaq çox önəmlidir. Bu, ictimai nəzarətin fəallaşdırılmasını tələb edən çox vacib məsələdir. Çünki gömrükdə atılan hər addımın nəticəsi əmtəə bazarlarında özünü göstərir”.

20.02.2019 07:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ