Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Əməkdaşlarının orta yaşı 30-dur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əməkdaşlarının orta yaşı 30-dur

“AzerGold” QSC gənclərin peşəkar artımına böyük önəm verir. Cəmiyyət tərəfindən gənclərin peşə biliklərinin artırılması, peşə təcrübəsi toplaması, həmçinin məşğulluqla təmin edilməsi istiqamətində əməli tədbirlər həyata keçirilir.

 

Şirkətdən “Marja”ya daxil olmuş məlumata görə, 2018-ci ildə “AzerGold” QSC-nin baş ofisində və Çovdar filiz emalı sahəsində 60-dan çox gənc tələbə hasilatı və yan sahələri əhatə edən istehsalat təcrübəsi keçib. 2019-cu ildə təkcə Çovdar filiz emalı sahəsində 50-dən çox tələbənin təcrübə keçməsi nəzərdə tutulub. Bununla yanaşı, tələbələr tərəfindən dağ-mədən və yan sahələrdə konkret nümunələr üzərində araşdırmaların, təqdimatların, innovativ təkliflərin hazırlanması təşviq edilir, onlar üçün master-klasslar və seminarlar təşkil olunur.

 

"Hazırda “AzerGold” QSC-də əməkdaşların orta yaşı 30 yaş təşkil edir. Cəmiyyətdə 105 əməkdaşın yaşı 30-dək olan gənclərin olması gənc kadrlara göstərilən yüksək etimadın, yaradılan geniş imkanların bariz nümunəsidir. Bu gənclərin bir hissəsini Daşkəsən rayonunda, Çovdar filiz emalı sahəsində işlə təmin etməklə “AzerGold” QSC regionların sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfəsini verir. 2018-ci ildə “AzerGold” QSC-nin gənc əməkdaşları üçün yüksək ixtisaslı və peşəkar biliklərə malik yerli və xarici şirkətlərin nümayəndələri cəlb olunmaqla 100-ə yaxın təlim keçirilib",- məlumatda deyilir.

 

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin yürütdüyü gənclər siyasətinə uyğun olaraq “AzerGold” QSC bundan sonra gənclərin məşğulluqla təmin edilməsinə, peşəkar artımına və peşə təcrübəsi toplamasına dəstəyini davam etdirəcək.  

   

20.02.2019 07:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ