Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Daha 5 "ABAD"çı ailəsinin qida məshulları satışa çıxarıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha 5 "ABAD"çı ailəsinin qida məshulları satışa çıxarıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“ABAD” tərəfindən dəstəklənən ailə təsərrüfatlarının istehsal etdiyi yeni çeşid qida məhsulları satışa çıxarılıb.

 

"ABAD" publik hüquqi şəxsin Marketinq, ictimaiyyətlə və beynəlxalq əlaqələr şöbəsindən “Marja”ya daxil olmuş məlumata görə, artıq yeni və yüksək keyfiyyətli qida məhsulları “Bravo” hipermarketləri və orada fəaliyyət göstərən “ABAD” Bakaleyalarında öz alıcılarını gözləyir:

 

-Ağasiyevlər ailəsinin “Lyubitelskaya” və “Doktorskaya” kolbasaları;

-Niftəliyevlər ailəsinin “Baharat” pendiri;

-Məmmədlilər ailəsinin badımcan kürüsü;

-Səbzəliyevlər ailəsinin qara zirə yağı;

-Cəfərovlar ailəsinin alma qurusu.

 

Yeni ət və süd məhsulları, yəni Ağasiyevlər ailəsinin “Lyubitelskaya” və “Doktorskaya” kolbasaları, Niftəliyevlər ailəsinin “Baharat” pendiri və Cəfərovlar ailəsinin alma qurusu məshulları Quba “ABAD” Factory istehsalat kompleksində istehsal edilir. Badımcan kürüsü isə Məmmədlilər ailəsi tərəfindən Masallı rayonunda hazırlanır.

 

Xatırladaq ki, “ABAD” nişanı altında satışa çıxarılan qida məhsulları texniki qaydaların tələblərinə uyğun olaraq bütün sertifikatlaşdırma yoxlamalarından keçib. Bu məhsulların keyfiyyətinə xüsusi diqqət yetirilir.

 

“ABAD” publik hüquqi şəxsi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşəbbüsü ilə 23 sentyabr 2016-cı ildə yaradılıb. Məqsəd Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verərək, sosialyönümlü layihələrin həyata keçirilməsidir.
“ABAD” publik hüquqi şəxsin fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir. Hazırda qida məhsulları sahəsində satışda 28 brend təqdim olunur.

20.02.2019 11:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ