Neft daha da bahalaşdı
Səudiyyə Ərəbistanının hasilatını azaltması və ABŞ ilə Çin arasındakı ticarət müharibəsinə dair nikbin gözləntilər ilə əlaqədar olaraq neft qiymətləri yüksəlir.
"Marja" xəbər verir ki, Bakı vaxtı ilə saat 20:28-də Brent nefti 1% bahalaşma ilə 67,10 dollardan alıcı tapıb. ABŞ xam nefti isə 1,4% bahalaşaraq 57,28 dollara qalxıb.
"Bloomberg"in hesablamalarına görə, Səudiyyə Ərəbistanı Yanvar ayında öhdəlik götürdüyündən daha çox neft hasilatını azaldıb. Ancaq OPEC+ koalisiyanın 21 üzvündən 10-u qlobal təklif bolluğunu aradan qaldırmağı hədəfləyən müqavilədə öhdəlik götürdükləri miqdara tabe olmayıb.
ABŞ və Çin arasında ticarət danışıqları Çərşənbə axşamı günü yenidən başlayıb. ABŞ, razılaşma təmin olunmasa, 1 Martda Çin məhsullarına əlavə gömrük vergisi tətbiq etməyə başlayacaq.
"Neft qiymətləri OPEC + koalisiyanın hasilatı azaltması və xüsusən Səudiyyə Ərəbistanının qiyməti qaldırmaq mövzusundakı əzmindən dəstək alır. Həmçinin ABŞ ilə Çinin ticarət münaqişəsini həll edəcəkləri barədə artan bir nikbinlik var",- analitiklər bildirirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
11 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 11 saat əvvəl
-
11 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
13 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl