Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Neft daha da bahalaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft daha da bahalaşdı

Səudiyyə Ərəbistanının hasilatını azaltması və ABŞ ilə Çin arasındakı ticarət müharibəsinə dair nikbin gözləntilər ilə əlaqədar olaraq neft qiymətləri yüksəlir.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Bakı vaxtı ilə saat 20:28-də Brent nefti 1% bahalaşma ilə 67,10 dollardan alıcı tapıb. ABŞ xam nefti isə 1,4% bahalaşaraq 57,28 dollara qalxıb.

 

"Bloomberg"in hesablamalarına görə, Səudiyyə Ərəbistanı Yanvar ayında öhdəlik götürdüyündən daha çox neft hasilatını azaldıb. Ancaq OPEC+ koalisiyanın 21 üzvündən 10-u qlobal təklif bolluğunu aradan qaldırmağı hədəfləyən müqavilədə öhdəlik götürdükləri miqdara tabe olmayıb. 

 

ABŞ və Çin arasında ticarət danışıqları Çərşənbə axşamı günü yenidən başlayıb. ABŞ, razılaşma təmin olunmasa, 1 Martda Çin məhsullarına əlavə gömrük vergisi tətbiq etməyə başlayacaq.

 

"Neft qiymətləri OPEC + koalisiyanın hasilatı azaltması və xüsusən Səudiyyə Ərəbistanının qiyməti qaldırmaq mövzusundakı əzmindən dəstək alır. Həmçinin ABŞ ilə Çinin ticarət münaqişəsini həll edəcəkləri barədə artan bir nikbinlik var",- analitiklər bildirirlər.

20.02.2019 17:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ