Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

16 bank ötən il mənfəət vergisi ödəməyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
16 bank ötən il mənfəət vergisi ödəməyib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 16-sı ötən il mənfəət vergisi ödəməyib.

 

Reklam_3_11

Bunlar "Access Bank", "AGBank", "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Bank BTB", "Bank of Baku", "Bank Respublika", "Bank VTB Azərbaycan", "Express Bank", "Günay Bank", "Muğan Bank", "NBC Bank", "Nikoyl Bank", Pakistan Milli Bankının Bakı filialı, "Rabitəbank" və "Turan Bank"dır.

 

Baxmayaraq ki, adı çəkilən banklardan 11-i - "AGBank", "Azərbaycan Beynəlxalq Bankı", "Bank BTB", "Bank of Baku", "Bank Respublika", "Günay Bank", "Muğan Bank", "NBC Bank", Pakistan Milli Bankının Bakı filialı, "Rabitəbank" və "Turan Bank" 2018-ci ili mənfəətlə başa vurub.

 

14 bank isə ötən il müxtəlif məbləğlərdə mənfəət vergisi ödəyib. Bu baxımdan ən yüksək göstərici "Kapital Bank"da (31,773 milyon manat), ən aşağı göstərici isə İran Milli Bankının Bakı filialında (13 min manat) qeydə alınıb.

 

7 bankın mənfəət vergisi ödəmələri artıb

 

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 14-ü ötən il mənfəət vergisi ödəyib ki, bunlardan da 7-də sözügedən göstərici əvvəlki illə müqayisədə çox olub.

 

Həmin banklar "Premium Bank", "Xalq Bank", "PAŞA Bank", "Naxçıvan Bank", "Kapital Bank", "Yapı Kredi Bank Azərbaycan" və "Azərbaycan Sənaye Bankı"dır.

 

Vergi ödəmələrini ən çox artırmış bank "Premium Bank" (5,5 dəfə), ən az artırmış bank isə "Azərbaycan Sənaye Bankı" (3,1%) olub.

 

Ötən il mənfəət vergisi ödəmiş digər 7 bankdan 5-nin - "Atabank", "Bank Avrasiya", "Azər-Türk Bank", "Zıraat Bank Azərbaycan" və İran Milli Bankının Bakı filialının isə vergi ödəmələri illik müqayisədə az olub. Ən çox azalma İran Milli Bankının Bakı filialında (94,9%), ən az azalma isə "Atabank"da (18,3%) qeydə alınıb.

 

Ötən il mənfəət vergisi ödəmiş 2 bank - "AFB Bank" və "Unibank" isə əvvəlki il vergi ödəmədikləri üçün onların ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.

 

1 bank - "Bank VTB Azərbaycan" isə əvvəlki il mənfəət vergisi ödəsə də, ötən il vergi ödəməyib. Odur ki, bu bankda vergi ödəmələri 100% azalıb.

 

Qalan 15 bank isə həm ötən il, həm də əvvəlki il mənfəət vergisi ödəməyib. Odur ki, həmin bankların da vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© "Renkinq" 

21.02.2019 05:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ