Ən yuxarı (mobil)-2_30

Fed Protokolları: Rəsmilər faizin artırılması mövzusunda bölünüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed Protokolları: Rəsmilər faizin artırılması mövzusunda bölünüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fed rəsmiləri, 2019-cu ildə balansın kiçildilməsi proqramının dayandırılacağını, faizin artırılmasına fasilə veriləcəyini qeyd ediblər.
 

"Marja" xəbər verir ki, ABŞ Mərkəzi Bankının (Fed)  29-30 Yanvar iclasının protokolları Çərşənbə günü açıqlanıb. Bu protokollara görə, demək olar ki, bütün rəsmilər bu il balansın azaldılmasının dayandırılmasının yaxşı olacağını düşünür. Bu vəziyyət, balansı azaltmağın iqtisadiyyata zərər verəcəyini düşünən sərmayəçilər tərəfindən məmnunluqla qarşılanıb.

 
Bəzi investorlar Fed-in bir sonrakı hərəkətininin faiz endirmək olacağını düşünür. Protokollar, Fed rəsmilərinin təkrar faiz endirimi məsələsində bölünmüş vəziyyətdə olduğunu göstərib. Protokollarda faiz endiriminə dair bir işarə yoxdur.

 

Protokolların ardından ABŞ səhmləri xəfifcə yüksəlib, 10 illik xəzinə istiqrazlarının faizi 2.64%-ə qalxıb və dollar itkilərini geri alıb.
 

Bir neçə Fed rəsmisinə görə, "əgər iqtisadiyyat gözlədikləri şəkildə gedərsə" faizi bu ilin qarşıdakı dövrlərində artırmaq olar.

  
Digər bir neçə rəsmiyə görə, əgər inflyasiya daha da yüksələrsə faizi artırmaq lazımdır.

21.02.2019 07:23

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ