Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

İstehsal edilmiş avtomobillərin 95%-i satılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İstehsal edilmiş avtomobillərin 95%-i satılıb

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori Neftçala Sənaye Məhəlləsində "Khazar" Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olub.

 

Səfirə məlumat verilib ki, "Khazar" Avtomobil Zavodu Sənaye Məhəlləsindəki ən böyük müəssisədir. Zavod ildə 10 min avtomobil istehsal etmək gücünə malikdir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulmuş zavodda "Khazar", "AzSamand" və "Peugeot" avtomobil modelləri istehsal edilir. Artıq zavodda avtomat ötürücü qutusu ilə təchiz olunmuş “Peugeot Khazar” avtomobillərinin istehsalına da  başlanılıb. “Khazar” Avtomobil Zavodunda istehsal edilən avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur.

 

Müəssisədə 200 nəfər işlə təmin edilib və istehsalın genişlənməsi ilə iş yerlərinin sayının 300-ə çatdırılması nəzərdə tutulur.

 

Ötən il zavodda 1000-dən çox avtomobil istehsal olunub. Bu avtomobillərin 95%-i artıq satılıb. "Khazar" avtomobilləri 2018-ci ilin avqust-sentyabr aylarında Moskvada keçirilən beynəlxalq avtomobil sərgisində nümayiş olunub və böyük maraqla qarşılanıb.

 

"Khazar" avtomobilləri “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac olunacaq.

 

Səfir Teruyuki Katori Zavodun işini yüksək qiymətləndirib, istehsalın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

21.02.2019 07:34

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ