Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Hökumət problemli kreditlərlə bağlı qərar verəcək”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Hökumət problemli kreditlərlə bağlı qərar verəcək”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Hesab edirəm ki, problemli kreditlərlə bağlı məsələlər ölkə başçısının diqqət mərkəzindədir. Bizim problemli kreditlərlə əlaqədar ölkə başçısına müraciətimiz də olmuşdu. Hökumət də bu məsələyə baxılması üçün Mərkəzi Banka, Maliyyə Bazarlarına Nəzarət Palatasına və ayrı-ayrı qurumlara tapşırıqlar verib və baxırlar. Yəqin ki, hökumət bu məsələ ilə bağlı hər hansı bir qərar verəcək”.

 

Reklam_3_11

Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

 

Deputat problemli kreditlərlə bağlı məsələlərin həllini tapmasının tərəfdarı olduğunu bildirib:

 

“Çünki problemli kreditlərlə bağlı məhkəmələrdə xeyli işlər var. Bu problemin həlli Azərbaycanın maliyyə bazarına və bankların sağlamlaşdırılmasına müsbət təsir edər. Hesab edirəm ki, ölkə başçısının diqqət mərkəzində olan məsələ olduğu üçün bu məsələ yəqin ki, öz həllini tapacaq”.

 

Vahid Əhmədovun aldığı məlumata görə, hazırda Azərbaycanda problemli kreditlərin həcmi 1 milyard 600 milyon manatdır:

 

“Əvvəl isə bu rəqəm 1 milyard 800 milyon manat idi. Deyirlər ki, guya 200 milyon manat azalıb. Amma burada əsas bizi narahat edən imkansızlıqdan krediti ödəməyən və aşağı təbəqənin insanlarıdır. Bu şəxslər barədə məlumat banklarda da var. Yəqin ki, problemli kreditlərlə bağlı məsələlər öz həllini tapacaq”.

 

Qeyd edək ki, deputat Vahid Əhmədov parlamentin əvvəlki iclaslarında ölkə prezidentinə problemli kreditlərin həllinə dəstək verməsi ilə bağlı müraciət etmişdi. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Modern

21.02.2019 07:40

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ