Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Gömrükdən "17,7 dollara quzu əti idxalı"na münasibət

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gömrükdən "17,7 dollara quzu əti idxalı"na münasibət
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bahalı quzu əti bəzi restoranlar tərəfindən ölkəyə gətirilib


 

Dövlət Gömrük Komitəsi (DGK) sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində 2018-ci ildə ölkəyə idxal edilən quzu ətinin idxalatçıların təqdim etdiyi invoys qiymətləri nəzərə alınmadan "gömrük orqanları tərəfindən tələb edilən" rəqəmlərlə rəsmiləşdirilməsinə eyham vuran məlumatlara aydınlıq gətirib.

 

Dövlət Gömrük Komitəsi bildirir ki, 2018-ci ildə ölkəyə idxal olunan və 1 kiloqramının gömrük dəyəri 17.7 ABŞ dolları təşkil edən, ümumilikdə 350 kiloqram quzu ətinin gömrük rəsmiləşdirilməsi idxalatçılar tərəfindən təqdim edilən sənədlər əsasında aparılıb və gömrük orqanlarına təqdim edilən sənədlərdə risk təşkil edəcək amillər yoxdur.

 

Üstəlik bir il ərzində bəhs edilən növ quzu ətinin idxaldakı payı miqdar baxımından 350 kq, dəyəri isə 6180 ABŞ dolları təşkil edib ki, bu rəqəmlər əsasında gömrük orqanlarının hansısa manipulyasiyaya yol verməsini düşünmək belə gülüncdür.

 

Malın qiymətinin yüksək olmasına gəlincə isə, bəhs edilən məhsul ölkədə fəaliyyət göstərən bəzi restoranlar tərəfindən xüsusi olaraq sifariş edilən və dünya bazarında da yüksək qiymətə satılan quzu ətidir.

 

Bir daha xatırladırıq ki, idxal-ixrac əməliyyatları ilə bağlı gömrük statistikası qanunvericiliyə uyğun olaraq tam şəffaf şəkildə aparılır.

21.02.2019 12:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ