Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Ət və quşçuluq məhsullarının istehsalçıları ilə müzakirələr aparılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ət və quşçuluq məhsullarının istehsalçıları ilə müzakirələr aparılıb

İstehsalın dəstəklənməsi müzakirə edilib, sahibkarların təklifləri  dinlənilib.


 

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə fevralın 21-də Bakı şəhərində və ölkə regionlarında ət və ət məhsullarının istehsalı və quşçuluq sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş keçirilib.

 

Agentlikdən "Marja"ya daxil olmuş məlumata görə, tədbirdə İqtisadiyyat, Vergilər, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Gömrük Komitəsinin və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak ediblər.

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov Azərbaycan Respublikası Prezindetinin rəhbərliyi ilə ölkəmizdə özəl bölmənin inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən islahatlar və dəstək mexanizmləri, eləcə də Agentliyin fəaliyyəti, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdiyi xidmətlər barədə məlumat verib.

 

Qeyd olunub ki, Agentlik “KOB Dostu” və digər dəstək mexanizmləri vasitəsilə sahibkarlara müxtəlif sahələr üzrə xidmətlər göstərir. Agentliyin başlıca fəaliyyət istiqamətlərindən biri də dövlət və özəl qurumların fəaliyyətinin əlaqələndirilməsidir. Belə formatda görüşün təşkilində məqsəd də məhz sahibkarlar və dövlət qurumları arasında səmərəli əməkdaşlıq platformasının daha da genişləndirilməsidir və bu cür tədbirlərin mütəmadi olararaq təşkil olunması nəzərdə tutulur.

 

Sonra İqtisadiyyat, Vergilər, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Gömrük Komitəsinin və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri müvafiq sahələrdəki yeniliklər, qanunvericiliyə edilmiş dəyişikliklər, dövlət dəstəyi tədbirləri barədə sahibkarları məlumatlandırıblar.

 

Tədbirdə ət və ət məhsulları istehsalı və quşçuluq sahələrinin inkişafı, istehsalın dəstəklənməsi, satışın təşkili, idxal-ixrac əməliyyatları, qida təhlükəsizliyi, eləcə də sahibkarları maraqlandıran digər məsələlər barədə müzakirələr aparılıb, sahibkarların təklifləri  dinlənilib.

 

Qarşılıqlı müzakirə şəraitində keçirilən görüşdə müvafiq dövlət qurumlarının nümayəndələri ət və ət məhsullarının istehsalı və quşçuluq sahələrində fəaliyyət göstərən sahibkarları maraqlandıran sulları cavablandırıblar.

 

Görüş çərçivəsində həmçinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “KOB Dostu” mexanizmi barədə məlumat verilib, Bakı şəhəri üzrə KOB dostları sahibkarlara və aidiyyəti dövlət qurumlarının nümayəndələrinə təqdim olunub.

21.02.2019 14:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ