Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Dövlət istiqrazlarının emissiyası artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət istiqrazlarının emissiyası artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim etdiyi məlumatlara görə 2018-ci ildə ölkədə 16 milyard 247,7 milyon manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınmışdır.

 

Qiymətli kağızlar bazarının ümumi emissiyasının 6,9 faizini səhmlər, 79,1 faizini Mərkəzi Bankın notları, 7,2 faizini dövlət istiqrazları, 6,8 faizini isə korporativ istiqrazlar təşkil etmişdir.

 

Bu dövr ərzində 647,7 milyon manatlıq səhmlər, Mərkəzi Bankın 12 milyard 208,3 milyon manatlıq notları, 872,8 milyon manatlıq dövlət istiqrazları və 679,2 milyon manatlıq korporativ istiqrazları Bakı Fond Birjasında keçirilmiş hərraclarda yerləşdirilmişdir.

 

2018-ci ildə nominal dəyəri 591,7 milyon manat olan korporativ istiqrazlar, 277,4 milyon manatlıq səhmlər,224,9 milyon manatlıq dövlət istiqrazları və 34,6 milyon manatlıq Mərkəzi Bankın notları tədavüldə olmuşdur.

 

Ötən il 1 milyard 178 milyon manatlıq dövlət istiqrazları emissiya edilib. Bu, 2017-ci illə müqayisədə 31% çoxdur.

22.02.2019 04:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ