Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Avro daha da bahalaşa bilər - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro daha da bahalaşa bilər - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq maliyyə bazarlarında bu gün avronun qiymətində aktivlik daha da artarsa, bu, digər bazarlara da öz təsirini göstərə bilər.


 

Reklam_3_11

Almaniyadan ÜDM və Avrozonadan inflyasiya göstəriciləri açıqlanacaq

 

Beynəlxalq valyuta birjalarında bu gün Avrozonadan açıqlanacaq önəmli statistik məlumatlar fonunda avronun qiyməti 1.1336$-a ticarət edilməkdədir. Bakı vaxtı ilə saat 11:00-da Almaniyanın iqtisadi inkişaf sürəti və saat 14:00-da Avrozonada inflyasiyaya dair önəmli fundamental məlumatlar yayımlanacaqdır.

 

EUR/USD məzənnəsində 0.6%-lik bahalaşma proqnozları. 

 

Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.1370$-ı yuxarı istiqamətdə qırarsa, 1.1436$-a kimi 0.6% bahalaşa bilər. 

 

Qeyd etmək lazımdır ki, Avronun qiymətində dalğalanma, digər maliyyə alətlərində də güclü aktivliyə səbəb ola bilər.

 

Brent nefti 68.34$-a kimi də dəyər qazana bilər

 

Enerji birjalarında isə Brent neftinin bahalaşması dinamikası zəifləyib. Lakin buna baxmayaraq, 66.90$-a ticarət edilən Brent neftinin bir barel üzrə qiyməti, 68.34$-a kimi də dəyər qazana bilər.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

22.02.2019 05:38

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ