"Gömrük işi ixtisası bu günə qədər təsnifata salınmayıb"
"Təəssüf ki, 2009-ci ildən Azərbaycanda bakalavr pilləsi üzrə ixtisasların sayı 700-dən azaldılaraq 140-a endirilib. Ləğv olunan ixtisaslar arasında gömrük işi də olub”.
Bunu Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasının rəisi Qulu Novruzov deyib.
“O vaxtdan gömrük işi ixtisasına qəbul dayandırıldı. Nazirlər Kabinetinin bu qərarından sonra Prezidentin sərəncamı ilə rəhbərlik etdiyim akademiya yaradıldı və 2014-cü ildə akademiya fəaliyyətə başladı. Ancaq gömrük işi ixtisası bu günə qədər təsnifata salınmayıb. Bununla bağlı DGK müvafiq qurumlara müraciət edib. Ümid edirik ki, bu işə müsbət yanaşılacaq. Bu gün hazırlanan gömrük mütəxəssisləri 2009-ci ilə qədər hazırlanan mütəxəssislərdən köklü sürətdə fərqlənir", - o bildirib.
Q.Novruzov həmçinin əlavə edib ki, Akademiyanın yeni binası olacaq: “Komitə yaxın bir il ərzində bizi yeni bina ilə təmin edəcəyinə söz verib”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 saat əvvəl
-
8 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 10 saat əvvəl
-
11 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
11 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
14 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
14 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 17 saat əvvəl
- 18 saat əvvəl