Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Səhm və istiqrazların birjada ticarətə buraxılması qaydaları dəyişdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səhm və istiqrazların birjada ticarətə buraxılması qaydaları dəyişdi

“Bakı Fond Birjası” QSC-nin nizamnaməsinin 15.5-ci bəndinə əsasən Birja qaydaları, o cümlədən onlara edilmiş hər hansı dəyişiklik və əlavələr müvafiq məlumatların Birjanın internet səhifəsində açıqlanmasından 1 ay sonra (13.03.2019) qüvvəyə minəcəkdir.

 

«Təsdiq edilmişdir» Bakı Fond Birjasının Müşahidə Şurası Protokol № 5

«12» Oktyabr 2018-ci il

 

Bakı Fond Birjasında qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanması, delistinqi və ticarətin təşkili

Qaydaları

 

Birinci bölmə. Ümumi müddəalar

 

  1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa, digər hüquqi aktlara uyğun hazırlanmışdır və “Bakı Fond Birjası” Qapalı Səhmdar Cəmiyyətində (bundan sonra – Birja) qiymətli kağızların listinqə buraxılması, listinqdə saxlanılması, delistinqi və ticarətə buraxılması, ticarətin dayandırılması, ticarətdən çıxarılması qaydalarını və onların emitentlərinin bu qaydalar üzrə öhdəliklərinin icrası üzrə məsələləri müəyyən edir.

 

  1. Bu Qaydalarda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

 

  1. Listinq – Birjada ticarət oluna bilən qiymətli kağızların birjanın kotirovka vərəqəsinə daxil etməklə, bu qiymətli kağızların Birjanın təşkil etdiyi bazarlardan birində ticarətə buraxılması prosedurudur.

 

  1. Delistinq – Birjada ticarət oluna bilən qiymətli kağızların birjanın kotirovka vərəqəsindən çıxarılması prosedurudur.

 

  1. Birjanın təşkil etdiyi bazar – Birjada listinqdən keçmiş eyni növdən olan qiymətli kağızların ticarət olunduğu bazardır. Birja bazarları qiymətli kağızların növünə və bu bazarda aparılan əməliyyatların xüsusiyyətlərinə görə təsnifatlaşdırır.

 

  1. Bazar seqmenti – Birjanın təşkil etdiyi bazarların listinq tələbləri üzrə təsnifatlaşdırılmasıdır. Birjada əsas bazar, standart bazar və alternativ bazar seqmentləri mövcuddur.

 

  1. Şərti listinq – qiymətli kağızların emitentinin bu qaydalarla müəyyən olunmuş listinq tələblərinin, Listinq Komitəsi tərəfindən verilmiş müddət ərzində, tam olaraq yerinə yetirəcəyi şərti ilə bu qaydalara əsasən listinqə alınmasıdır. Şərti listinqə alınmış qiymətli kağızların emitenti Listinq Komitəsi tərəfindən verilmiş müddət ərzində bu qaydalarla müəyyən olunmuş tələbləri tam olaraq yerinə yetirmədikdə və ya bu müddətin sonunda qiymətli kağızlar Birjanın şərti olaraq qəbul olunduğu bazar seqmetinin listinq tələblərinə uyğun olmadıqda, şərti listinqə alınmış qiymətli kağızlar bu qaydalara uyğun olaraq digər bazar seqmentinə keçirilir və ya delistinq olunur.

 

  1. Bu qaydaların 4.1.10-cu yarımbəndində nəzərdə tutulan Direktorlar Şurasının (müşahidə şurasının) müstəqil üzvü (müstəqil direktor) – aşağıdakı tələblərə uyğun olan şəxsdir:
    1. son 5 (beş) ildə emitentin və ya onun aidiyyatı şəxslərinin işçisi, direktorlar şurasının (müşahidə şurasının) və icra orqanın üzvü olmamışdır;
    2. Emitentə və ya onun aidiyyatı şəxslərinə məsləhət verən şəxs deyil və ya məsləhət verən şirkətlə əlaqəli deyildir, son üç ildə cəmiyyətin və ya onun aidiyyəti şəxslərinin auditorunun

 

işçisi  olmamışdır.  Məsləhətçilərə       auditorlar, mühasiblər, hüquq, investisiya, sığorta şirkətləri və banklar aid edilir, lakin onlarla məhdudlaşmır;

  1. Emitentlə, onun aidiyyatı şəxsləri ilə və onun vəzifəli şəxsləri ilə xidməti müqaviləsi yoxdur;
  2. Emitentin əsas müştərisi əchizatçısı (əsas müştərilərindən əchizatçısı biri olan) şirkətdə çalışmır;
  3. Emitentin və ya onun aidiyyatı şəxslərinin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanın üzvlərinin qohumu, yəni əri/arvadı, valideynləri, o cümlədən ərinin/arvadının valideynləri, babaları və nənələri, övladları, ö cümlədən övladlığa götürülən uşaqları, qardaşları və bacıları, gəlinləri və kürəkənləri deyildir;
  4. Özü və ya yaxın qohumu cəmiyyətin və ya onun aidiyyəti şəxsinin səhmdarı deyil.

 

  1. Beynəlxalq Audit Standartları (bundan sonra “BAS”) – Beynəlxalq Audit və Təsdiqlənmə Standartları Şurası tərəfindən nəşr edilmiş “Beynəlxalq Audit Standartları”dır. (International Standards on Auditing – ISA)

 

  1. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (bundan sonra “MHBS”) – Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul olunmuş Mühasibat Uçotunun Beynəlxalq Standartları, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və bu standartlar üzrə həmin beynəlxalq təşkilatın şərhləridir.

 

  1. Emissiya prospekti – İnvestisiya qiymətli kağızlarının tənzimlənən bazarda ticarətə buraxılması məqsədilə emitent və ya investisiya qiymətli kağızlarını təklif edən şəxs tərəfindən tərtib edilən, məzmununda emitentin maliyyə vəziyyəti və investisiya qiymətli kağızları ilə təsbit edilmiş hüquqlar əks olunan və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiq edilən sənəddir.

 

  1. İnformasiya memorandumu – İnvestisiya qiymətli kağızlarının kütləvi təklifi qanunvericiliklə müəyyən edilmiş hallarda emissiya prospekti ilə müşayiət olunmadıqda emissiya prospektinin əvəzinə tərtib olunan və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiq edilən sənəddir.

 

  1. Aidiyyəti Şəxs – aşağıdakı şəxslərdən biridir:
    1. hüquqi şəxsin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanının rəhbəri və üzvləri;
    2. hüquqi şəxsin struktur bölməsinin (filial, nümayəndəlik, idarə və s.) rəhbəri;
    3. bu bəndin “2.11.1.” və “2.11.2.” yarımbəndlərində göstərilən şəxslərin qohumları (əri (arvadı), valideynləri, o cümlədən ərinin, arvadının valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənləri (götürülənləri), qardaşları və bacıları);
    4. hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz və daha çox paya birbaşa və ya dolayı yolla malik olan hər hansı şəxs;
Reklam_3_11

 

  1. bu bəndin “2.11.1.” ,“ 2.11.2.” və “2.11.4.” yarımbəndlərində göstərilən  şəxslərin birbaşa və ya dolayısı ilə iştirak etdiyi hüquqi şəxslər;
  2. hüquqi şəxsin, nizamnamə kapitalında ən azı 20 faiz payla iştirak etdiyi hüquqi şəxs;
  3. bu bəndin “2.11.4.” və “2.11.6.” yarımbəndlərində göstərilən hüquqi şəxslərdə ən azı 20 faiz paya (səhmlərə) malik olan hər hansı şəxs;
  4. bu bəndin “2.11.4.” və “2.11.6.” yarımbəndlərində göstərilən hüquqi şəxslərin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanlarının rəhbərləri.

 

  1. Aidiyyatı şəxslə əqd – Hüquqi şəxsə aidiyyəti olan şəxslə həmin hüquqi şəxs arasında bağlanılan hər hansı əqd, razılaşma və yaxud əlaqəli əqdlər məcmusu aidiyyəti şəxslə əqd hesab edilir.

 

  1. Kotirovka vərəqəsi – birjada listinqdən keçmiş qiymətli kağızların siyahısıdır.

 

  1. Qeyri-kotirovka vərəqəsi – birjada listinqdən keçməmiş, qiymətli kağızların siyahısıdır.

 

  1. Birjada ticarət oluna bilən qiymətli kağızlar – bu qaydalar ilə müəyyən olunmuş listinq prosedurunu keçdikdən sonra Birjada ticarətə buraxıla bilən investisiya qiymətli kağızları, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən buraxılmış qısamüddətli notlar, Azərbaycan Respublikasının dövlət və bələdiyyə qiymətli kağızları, paylı investisiya fondunun payları, habelə qanunvericiliklə fond birjasında ticarətinə məhdudiyyət nəzərdə tutulmayan digər qiymətli kağızlar.

 

  1. Sərbəst tədavül həcmi – Aidiyyatı şəxslərin sahib olduğu səhmlər istisna olunmaqla Emitentin nizamnamə kapitalını təmsil edən səhmlərin həcmidir. Sərbəst tədavül həcmi emitentin təqdim etdiyi məlumat əsasında Birja tərəfindən hesablanır. Sərbəst tədavül həcmi nizamnamə kapitalına nəzərən faizlə ifadə olunur.

 

  1. Texniki defolt –Emitentin borc öhədlikləri üzrə kreditorlar və üçüncü şəxslər qarşısında üzərinə götürdüyü maliyyə göstəricilərinin emitent tərəfindən təmin edilə bilməməsi və ya bu öhdəliklərin vaxtlı-vaxtında və lazımi qaydada icra edilməyəcəyi üçün əsaslı sübutların mövcudluğu.

 

  1. Listinq qiyməti (ilkin ticarət qiyməti) – bu qaydalara uyğun olaraq listinqdən keçmiş qiymətli kağızların Birjada ticarətə buraxıldığı qiymətdir. Listinq qiyməti (ilkin ticarət qiyməti) aşağıdakı qaydada təyin olunur:
    1. qanunvericilikdə və Birja qaydalarında digər hal nəzərdə tutulmadıqda, qiymətli kağızların kütləvi təklif olunduğu qiymət;
    2. qiymətli kağızlar digər tənzimlənən bazarda listinqdə olduqda, onların bu bazarda ticarət olunduğu qiymət (manat ekvivalentində);

 

  1. bu bəndin “2.18.1.” və ya “2.18.2.” yarımbəndlərinə müvafiq olaraq, qiymətli kağızların ilkin ticarət qiymətini təyin etmək mümkün olmadıqda, bu qiymət Birjanın ticarət qaydalarına uyğun olaraq müəyyən edilir.

 

  1. Məlumatların Elektron Açıqlanması Sistemi (bundan sonra “MEAS”) – qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər tərəfindən qanunverciliklə açıqlanması nəzərdə tutulan məlumatların qəbulu, mərkəzləşdirilmiş qaydada saxlanılması və ictimaiyyətə açıqlanması üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan və idarə olunan vahid məlumat resursudur.

 

İkinci bölmə. Qiymətli kağızların listinqə daxil edilməsi şərtləri

 

  1. Qiymətli kağızların listinqinə dair ümumi tələblər

 

  1. Bir buraxılış daxilində olan qiymətli kağızların hissəvi listinqinə yol verilmir. Emitentin adi və imtiyazlı səhmləri mövcud olduqda, listinq zamanı yalnız adi və yaxud yalnız imtiyazlı səhmlərin listinqinə yol verilmir. Emitentin bütün səhm buraxılışları eyni  bazar seqmentində listinqdən keçməlidir. Bu bəndin müddəaları qapalı yerləşdirmələrə də şamil edilir.

 

  1. Bu qaydalardan irəli gələrək, Birjada listinq qərarları Listinq Komitəsi tərəfindən qəbul edilir.

 

  1. Listinqdən keçmiş qiymətli kağızların saxlanılması, mülkiyyət hüquqlarının uçotu, onlar üzrə klirinq və hesabalaşmaların təşkili və keçirilməsi qanunvericiliyə müvafiq qaydada təmin edilməlidir.

 

  1. Emitentin listinqdən keçmiş qiymətli kağızlarının tədavülünə qanunvericiliklə müəyyən olunmuş qaydada hər hansı məhdudiyyət olmamalıdır.

 

  1. Qiymətli kağızların emitenti qanunvericiliklə müəyyən olunmuş qaydada lisenziya tələb edən fəaliyyət növü ilə məşğuldursa, bu fəliyyətin göstərilməsi üçün səlahiyyətli orqan tərəfindən verilmiş müvafiq lisenziyalar qüvvədə olmalıdır.

 

  1. Listinqdən keçmiş qiymətli kağızların emitenti ilə listinq müqaviləsi imzalanır.

 

  1. Emitent qiymətli kağızlarının linstinqinə görə Birja tərəfindən müəyyən edilən haqq ödəyir.

 

  1. Emitent qiymətli kağızların listinqinə görə Birja tərəfindən tələb olunan sənədləri Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən elektron formada və ya kağız daşıyıcıda təqdim etməlidir.

 

  1. Bu qaydalar üzrə Emitentdən açıqlanması tələb edilən məlumatlar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq MEAS platformasında, Birjanın və emitentin internet səhifəsində açıqlanmalıdır.

 

4.Səhmlərin listinqinə dair tələblər

 

  1. Səhmlərin əsas bazar seqmentində listinqi üçün tələblər aşağıdakılardır:
    1. Emitent açıq səhmdar cəmiyyəti formasında qeydiyyatdan keçməlidir;
    2. Barəsində listinq ərizəsi təqdim edilmiş Emitentlə bağlı bu ərizənin təqdim edildiyi vaxtdan əvvəlki 1 (bir) il ərzində iflas proseduru başlanmamalı və ya o, qeyd olunan dövr ərzində vaxtaşırı maliyyə dayanıqlığının pozulması problemləri ilə qarşılaşmamalıdır;
    3. Emitentin fəaliyyət müddəti ən azı 3 (üç) il olmalıdır və son 3 (üç) maliyyə ilinin ən azı 1 (bir) ilini xalis mənfəətlə fəaliyyət göstərməlidir;
    4. Emitentin nizamnamə kapitalı ən azı 2 500 000 (iki milyon beş yüz min) manat olmalıdır;
    5. Emitentin listinqdən keçmiş səhmləri üzrə ən azı 10%, bu şərt ödənilmədikdə isə ən azı 500 000 (beş yüz min) manat ekvivalentində sərbəst tədavül həcmi təmin edilməlidir;
    6. Sərbəst tədavül həcmi ən azı 50 (əlli) səhmdar arasında bölüşdürülməlidir. Bu zaman hər bir səhmdar sərbəst tədavül həcmin 5 (beş) faizdən artıq paya sahib olmamalıdır;
    7. Emitent maliyyə hesabatlarını MHBS-nın tələblərinə uyğun hazırlamalıdır. Son 3 (üç) maliyyə ili üzrə müstəqil auditor tərəfindən auditdən keçmiş illik maliyyə hesabatları və listinqə müraciət ilin ikinci yarısında olduqda həmin ilin birinci yarısı üçün yarımillik maliyyə hesabatını təqdim etməlidir (son maliyyə ili üzrə audit rəyi şərtsiz müsbət olmalıdır);
    8. Listinqdən  keçmək  üçün  müraciət etmiş emitent     əsas cəmiyyətdirsə, emitent MHBS-a uyğun hazırlanmış, birləşdirilmiş (konsolidə edilmiş) illik hesabat hazırlamalıdır;
    9. Emitentin idarəetmə orqanlarında (müşahidə şurası və ya idarə heyəti) listinq üçün ərizəni təqdim etdiyi tarixdən əvvəlki 3 (üç) ay ərzində mühüm dəyişikliklər olmamalıdır. Emitentin idarəetmə orqanlarında dəyişikliklər o zaman mühüm sayılır ki, onun müşahidə şurasının və ya idarə heyətinin üzvlərindən ən azı yarısı dəyişdirilmişdir;
    10. Emitentin direktorlar şurasında (müşahidə şurasında) ən azı 3 (üç) üzv olmalı və onlardan ən azı üçdə biri Müstəqil üzv (müstəqil direktor) olmalıdır;
    11. Emitent   mütəmadi   olaraq    yenilənən    və   onun    fəaliyyətinin    mühüm    istiqamətlərini işıqlandıran internet səhifəsinə malik olmalıdır;
    12. Səhmlərin buraxılışı emissiya prospekti və ya informasiya memorandumu ilə müşayiət olunmalıdır;
    13. Emitent nizamnaməsini özünün internet səhifəsində açıqlamalıdır.

 

  1. Səhmlərin standart bazar seqmentində listinqi üçün tələblər aşağıdakılardır:
    1. Emitent açıq səhmdar cəmiyyəti formasında qeydiyyatdan keçməlidir;
    2. Emitentin fəaliyyət müddəti ən azı 1 (bir) il olmalı və son 3 (üç) maliyyə ilinin ən azı 1 (bir) ilini xalis mənfəətlə fəaliyyət göstərməlidir;
    3. Emitentin nizamnamə kapitalı ən azı 200 000 (iki yüz min) manat olmalıdır;

 

  1. Emitentin maliyyə hesabatları MHBS-nın tələblərinə uyğun hazırlanmalıdır. Son maliyyə ili üzrə illik maliyyə hesabatları müstəqil auditor tərəfindən auditdən keçməlidir;
  2. Səhmlərin buraxılışı emissiya prospekti və ya informasiya memorandumu ilə müşayiət olunmalıdır;
  3. Emitent mütəmadi olaraq yenilənən və onun fəaliyyətinin mühüm istiqamətlərini işıqlandıran internet səhifəsinə malik olmalıdır.

 

  1. Əsas bazar seqmentinin listinq tələblərinə cavab verən emitenlərin səhmləri standart bazar seqmentinə daxil edilə bilməz.

 

  1. Bu qaydalarla əsas bazar seqmenti və standart bazar seqmenti üzrə müəyyən edilmiş listinq tələblərinə cavab verməyən səhmlər alternativ bazar seqmentində listinqə daxil edilir.

 

  1. Nizamnamə kapitalında dövlətin mühüm iştirak payına sahib olduğu səhmdar cəmiyyətlər üzrə sərbəst tədavül həcmi, fəaliyyət müddəti və mənfəətliliyə dair Listinq Komitəsi tərəfindən istisnalar müəyyən edilə bilər. Qanunla ayrı hal nəzərdə tutulmadıqda, dövlətin iştirak payı 10% və ya daha çox olduqda bu mühüm iştirak payı sayılır. Edilən istisnalar Birja tərəfindən açıqlanır.

 

  1. Emitent digər listinq tələblərini yerinə yetirdiyi halda, yalnız 4.1.4, 4.1.5, 4.1.6 və yaxud

4.2.3 bəndlərində göstərilən tələblərə cavab vermədikdə, Listinq Komitəsi emitentin əsaslandırılmış bəyanatı əsasında qiymətli kağızları şərti olaraq listinqə daxil edilməsi barədə qərar qəbul edə bilər. Bu zaman emitentə tələblərin yerinə yetiriliməsi üçün 6 (altı) aydan gec olmamaq şərti ilə güzəşt müddəti verilir. Güzəşt müddətinin sonunda şərti  listinqə alınmış səhmlərin emitenti, Listinq Komitəsi tərəfindən bu qaydalara uyğun müəyyən edilmiş şərtləri tam olaraq yerinə yetirmədikdə həmin səhmlər bu qaydaların 12-ci və 13-cü bəndlərinə müvafiq qaydada daha aşağı listinq tələbləri olan bazar seqmentinə keçirilir və ya delistinq olunur.

 

5.İstiqrazların listinqinə dair tələblər

 

  1. İstiqrazların əsas bazar seqmentində listinqi üçün tələblər aşağıdakılardır:
    1. Barəsində listinq ərizəsi təqdim edilmiş emitentlə bağlı bu ərizənin təqdim edildiyi vaxtdan əvvəlki 1 (bir) il ərzində iflas proseduru başlanmamalı və ya o, qeyd olunan dövr ərzində vaxtaşırı maliyyə dayanıqlığının pozulması problemləri ilə qarşılaşmamalıdır;
    2. Emitentin müraciətindən əvvəlki fəaliyyət müddəti ən azı 1 (bir) il olmalı və son 3 (üç) maliyyə ilinin ən azı 1 (bir) ilini xalis mənfəətlə fəaliyyət göstərməlidir;
    3. Emitentin xalis aktivlərinin dəyəri ən azı 2 000 000 (iki milyon) manat olmalıdır;
    4. Emitent maliyyə hesabatlarını MHBS-nın tələblərinə uyğun hazırlamalıdır. Son maliyyə ili üzrə müstəqil auditor tərəfindən audit olunmuş illik maliyyə hesabatları və listinqə müraciət ilin ikinci yarısında olduqda həmin ilin birinci yarısı üçün yarımillik maliyyə hesabatını təqdim etməlidir (son maliyyə ili üzrə audit rəyi şərtsiz müsbət olmalıdır);

 

  1. Listinqdən keçmək üçün müraciət etmiş emitent əsas cəmiyyətdirsə, emitent MHBS-a uyğun hazırlanmış, birləşdirilmiş (konsolidə edilmiş) illik hesabat hazırlamalıdır;
  2. İstiqrazların buraxılışı emissiya prospekti və ya informasiya memorandumu ilə müşayiət olunmalıdır;
  3. Emitentin idarəetmə orqanlarında (müşahidə şurası və ya idarə heyəti) listinq üçün ərizəni təqdim etdiyi tarixdən əvvəlki 3 (üç) ay ərzində mühüm dəyişikliklər olmamalıdır. Emitentin idarəetmə orqanlarında dəyişikliklər o zaman mühüm sayılır ki, onun müşahidə şurasının və ya idarə heyətinin üzvlərindən ən azı yarısı dəyişdirilmişdir;
  4. Emitent nizamnaməsini özünün internet səhifəsində açıqlamalıdır;
  5. Emitent Azərbaycan Respublikasında qeydiyyata alınmış və ən azı «BBB-» («Standard&Poor's» və «Fitch» reytinq agentliklərinin klassifikasiyasına görə), «Baa3» («Moody's» reytinq agentliyinin klassifikasiyasına görə) və ya digər reytinq agentliklərinin bu reytinq dərəcələrinə ekvivalent olan, uzunmüddətli kredit reytinqi dərəcəsinə malik olmalı və ya listinqə daxil ediləcək istiqraz buraxılışı üzrə Birjada market-meykerin təyin olunması emitent tərəfindən təmin edilməlidir. Bu zaman market-meyker fəaliyyəti istiqrazların bütün tədavül müddəti ərzində təmin edilməlidir;
  6. Emitent mütəmadi olaraq yenilənən və onun fəaliyyətinin mühüm istiqamətlərini işıqlandıran internet səhifəsinə malik olmalıdır;
  7. Barəsində listinq ərizəsi təqdim edilmiş emitent özünün maliyyə dayanıqlılığını listinq üçün müraciəti zamanı və listinqdən keçdikdən sonra təmin etməlidir. Emitentin maliyyə dayanlıqlığı Listinq Komitəsi tərəfindən mütəmadi olaraq dəyərləndiriləcəkdir;
  8. Emitent cəlb etdiyi borc vəsaitləri, o cümlədən aldığı kreditlər və buraxdığı istiqrazlar üzrə öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirməli və vaxtaşırı olaraq ödəniş problemləri ilə qarşılaşmamalıdır.

 

  1. İstiqrazların standart bazar seqmentində listinqi üçün tələblər aşağıdakılardır:
    1. Emitentin müraciətindən əvvəlki fəaliyyət müddəti ən azı 1 (bir) il olmalı;
    2. Emitentin xalis aktivlərinin dəyəri ən azı 200 000 (iki yüz min) manat olmalıdır;
    3. Emitentin maliyyə hesabatları MHBS-nın tələblərinə uyğun hazırlanmalıdır. Son maliyyə ili üzrə illik maliyyə hesabatları müstəqil auditor tərəfindən auditdən keçməlidir;
    4. İstiqrazların buraxılışı emissiya prospekti və ya informasiya memorandumu ilə müşayiət olunmalıdır;
    5. Barəsində listinq ərizəsi təqdim edilmiş emitent özünün maliyyə dayanıqlılığını listinq üçün müraciəti zamanı və listinqən keçdikdən sonra təmin etməlidir. Emitentin maliyyə dayanlıqlığı Listinq Komitəsi tərəfindən mütəmadi olaraq dəyərləndiriləcəkdir;
    6. Emitent cəlb etdiyi borc vəsaitləri, o cümlədən aldığı kreditlər və buraxdığı istiqrazlar üzrə öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirməli və vaxtaşırı olaraq ödəniş problemləri ilə qarşılaşmamalıdır;
    7. Emitent mütəmadi olaraq yenilənən və onun fəaliyyətinin mühüm istiqamətlərini işıqlandıran internet səhifəsinə malik olmalıdır.

 

  1. Əsas bazar seqmentinin listinq tələblərinə cavab verən emitenlərin istiqrazları standart bazara daxil edilə bilməz.

 

  1. Bu qaydalarla əsas bazar və standart bazar üzrə müəyyən edilmiş Listinq tələblərinə cavab verməyən istiqrazlar alternativ bazar seqmentində listinqə daxil edilir.

 

  1. Bu qaydaların 5.1-ci bəndində göstərilmiş müddəalar Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən buraxılmış qiymətli kağızlara, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən buraxılmış dövlət istiqrazlarına, o cümlədən Bank Nəzarəti üzrə Bazel Komitəsi tərəfindən tövsiyyə edilən Bazel I prinsiplərinə uyğun olaraq sıfır riskli və ya risksiz hesab edilən istiqrazlara şamil edilmir.

 

  1. Bu qaydaların 5.2.2, 5.2.3, 5.2.4 və 5.3-cü bəndləri Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu, bələdiyyələr və digər dövlət qurumları tərəfindən buraxılmış istiqrazlara şamil edilmir.

 

  1. Nizamnamə kapitalında dövlətin mühüm iştirak payına sahib olduğu hüquqi şəxslər, dövlət təsisatları tərəfindən buraxılmış istiqrazlar üzrə bu Qaydaların 5.1-ci və 5.2-ci bəndlərinində göstərilmiş tələblərə dair Listinq Komitəsi tərəfindən istisnalar müəyyən edilə bilər. Qanunla ayrı hal nəzərdə tutulmadıqda, dövlətin iştirak payı 10% və ya daha çox  olduqda bu mühüm iştirak payı sayılır

 

  1. Listinq Komitəsi, emitentin əsaslandırılmış bəyanatı əsasında onun qiymətli kağızlarını şərti olaraq listinqə daxil edilməsi barədə qərar qəbul edə bilər. Bu zaman emitentə tələblərin yerinə yetiriliməsi üçün 6 (altı) aydan gec olmamaq şərti ilə güzəşt müddəti verilir. Güzəşt müddətinin sonunda şərti listinqə alınmış qiymətli kağızların emitenti, Listinq Komitəsi tərəfindən bu qaydalara uyğun müəyyən edilmiş şərtləri tam olaraq yerinə yetirmədikdə həmin qiymətli kağızların bu qaydaların 12-cü və 13-cü bəndlərinə müvafiq qaydada daha aşağı listinq tələbləri olan bazar seqmentinə keçirilir və ya delistinq olunur.

 

6.Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən buraxılan istiqrazların listinqinə dair tələblər

 

  1. Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən buraxılan istiqrazlar əsas bazar seqmentinə daxil edilir.

 

  1. Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən buraxılmış istiqrazlar bu Qaydaların 5.1-ci bəndində göstərilmiş tələblərdən azaddır.

 

7.Xarici emitentlərin qiymətli kağızlarının listinqinə dair tələblər

 

  1. Xarici emitent və listinq üçün müraciət edilən qiymətli kağızlar qeydiyyatda olduğu ölkənin qanunvericiliyinə uyğun olaraq rəsmi qeydiyyata alınmalıdır.

 

  1. Xarici emitentin qiymətli kağızları Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasında tədavülə buraxılmalıdır.

 

  1. Xarici emitentlərin qiymətli kağızlarının kütləvi təklif üsulu ilə Birjada yerləşdirilməsi zamanı bu qaydalar üzrə yerli emitentlər üçün nəzərdə tutulmuş tələblər xarici emitentlərə şamil edilir.

 

8.Digər qiymətli kağızların listinqinə dair tələblər

 

  1. Bu qaydaların 4-cü və 5-ci bəndlərində qeyd olunmamış digər qiymətli kağızlar, o cümlədən investisiya fondunun payları Listinq Komitəsinin əsaslandırılmış qərarı əsasında Birjada listinqən keçə bilər.

 

  1. Bu zaman Listinq Komitəsinin qərarı bu qaydaların 4-cü və 5-ci bəndlərində qeyd olunmuş tələblər nəzə alınaraq, emitentin və onun emitenti olduğu qiymətli kağızların birjada listinqə alınması və ticarətə buraxılması imkanlarının təhlili əsasında olmalıdır.

 

  1. Bu qaydaların 4-cü və 5-ci bəndlərində qeyd olunmamış digər qiymətli kağızların listinqi zamanı, emitentə olan müvafiq tələblər və öhdəliklər listinq müqaviləsində əks olunmalı və bu qiymətli kağızların ticarətə başlamasından ən azı 3 (üç) iş günü əvvəl Birja tərəfindən internet səhifəsi və ya kütləvi informasiya vasitələri ilə ictimaiyyətə açıqlanmalıdır.

 

9.Emitentlərin listinqə daxil edilməsi üçün birjaya təqdim olunmalı sənədlər

 

  1. Qiymətli kağızların listinqi üçün emitent və ya onun vəkil edilmiş nümayəndəsi tərəfindən Birjaya aşağıdakı sənədlər təqdim edilməlidir:
    1. Listinq barədə ərizə-anket (Forma №1);
    2. Emitentin bu qaydaların tələblərinə uyğunluğu və təqdim edilmiş məlumatların düzgünlüyü barədə bəyanat;
    3. Emitent hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin və emitentin nizamnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
    4. Emitent lisenziya tələb edən fəaliyyət növü ilə məşğuldursa, həmin lisenziyaların surətləri;
    5. Birja üzvü ilə emitent arasında qiymətli kağızların yerləşdirilməsi üzrə müqavilə və dövriyyəsi haqqında hər hansı bir müqavilə olduqda, bu cür müqavilələrin surəti;
    6. Qanunvericiliyə uyğun olaraq təsdiq edilmiş emissiya prospekti və ya informasiya memorandumu;

 

  1. Emitentin adından vəkil edilmiş şəxsin qanunvericiliklə bu hüquqlarını təsdiq edən sənəd və ya onun notarial qaydada təsdiqlənmiş surəti;
  2. Bu qaydaların tələblərinə uyğun olaraq emitentin auditdən keçmiş maliyyə hesabatları və auditor rəyinin surəti;
  3. Qiymətli kağız mülkiyyətçilərinin reyestrindən çıxarış və ya sərbəst tədavül həcminin təsdiqi barədə bəyanat.

 

  1. Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların istiqrazlarının listinqi üçün emitent və ya onun vəkil edilmiş nümayəndəsi tərəfindən Birjaya aşağıdakı sənədlər təqdim edilməlidir:
    1. Listinq barədə ərizə-anket (Forma №1);
    2. Qiymətli kağızların dövlət qeydiyyatı haqqında sənədin surəti;
    3. Qiymətli kağızlarla təsbit edilmiş hüquqlar əks olunan sənəd;
    4. Birja üzvü ilə emitent arasında qiymətli kağızların yerləşdirilməsi üzrə müqavilə və qiymətli kağızların dövriyyəsi haqqında hər hansı bir müqavilə olduqda, bu cür müqavilələrin surəti;
    5. Emitentin son maliyyə ili üzrə auditdən keçmiş illik maliyyə hesabatları və ya bu məlumatların açıqlandığı mənbə;
    6. Milli Depozit Mərkəzi ilə emitent arasında qiymətli kağızların saxlanması və qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə xidmətlərinin göstərilməsi barədə müqavilə və bu müqaviləyə olan əlavələr;
    7. Emitentin adından vəkil edilmiş şəxsin qanunvericiliklə bu hüquqlarını təsdiq edən sənəd.

 

  1. Qiymətli kağızların qapalı yerləşdirilməsi zamanı emitent və ya onun vəkil edilmiş nümayəndəsi tərəfindən Birjaya aşağıdakı sənədlər təqdim edilməlidir:
    1. Listinq barədə ərizə-anket (Forma №1);
    2. İnvestisiya qiymətli kağızlarının buraxılışı haqqında qərar;
    3. Birja üzvü ilə emitent arasında qiymətli kağızların yerləşdirilməsi və ya dövriyyəsi  haqqında hər hansı bir müqavilə olduqda, bu cür müqavilənin surəti;
    4. Milli Depozit Mərkəzi ilə emitent arasında qiymətli kağızların saxlanması və qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə xidmətlərinin göstərilməsi barədə müqavilə və bu müqaviləyə olan əlavələr;
    5. Qiymətli kağızların dövlət qeydiyyatı haqqında sənədin surəti.

 

 

  1. Tədavüldə olan (yerləşdirilmiş) və əsas bazar və ya standart bazar seqmentinin listinq tələblərinə cavab verməyən qiymətli kağızların alternativ bazar seqmentində listinqdən keçməsi üçün bu qiymətli kağızların emitentinin nizamnamə kapitalında payı 10 (on) faizdən az olan sahibi və ya onun vəkil edilmiş nümayəndəsi (və ya müştərinin adından  çıxış etmək səlahiyyətləri olan birja üzvü) Birjaya müraciət edə bilər. Bu zaman Birjaya aşağıdakı sənədlər təqdim edilməlidir:
    1. Qiymətli kağızların alternativ bazar seqmentində listinqdən keçməsi üçün ərizə;

 

  1. Qiymətli kağızların sahibinin adından vəkil edilmiş şəxs çıxış etdikdə, qanunvericiliklə bu hüquqları təsdiq edən sənəd və ya onun notarial qaydada təsdiqlənmiş surəti. Qiymətli kağızların sahibinin adından birja üzvü çıxış etdikdə, bu səlahiyyətləri təsdiq edən sənədin surəti (müştəri tapşırığı);
  2. Müraciət tarixinə qiymətli kağızların miqdarını və emitentin nizamnamə kapitalını özündə əks etdirən qiymətli kağızlara mülkiyyət hüququnu təsdiq edən sənəd (depo hesabından çıxarış);

 

  1. Listinqdən keçmiş qiymətli kağızların emitenti eyni növdən olan digər qiymətli kağızların listinqi üçün Birjaya aşağıdakı sənədləri təqdim etməlidir:
    1. Listinq üçün ərizə;
    2. Qiymətli kağızların dövlət qeydiyyatı haqqında sənədin surəti;
    3. Qanunvericiliyə uyğun olaraq təsdiq edilmiş emissiya prospekti və ya informasiya memorandumu (olduqda).
  2. Listinq Komitəsi emitent tərəfindən təqdim edilmiş məlumatların təsdiq edilməsi üçün zəruri olan digər məlumat və sənədləri əsaslandırmaqla emitentdən tələb edə bilər.

 

  1. Bu qaydalarla sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərinin təqdim edilməsi tələb edilmədikdə, emitent tərəfindən sənədlərin əsli Birjaya təqdim olunmalıdır. Emitent tərəfindən sənədlərin surəti təqdim edildikdə bu sənədlərin əsli ilə düzgün olması, emitentin səlahiyyətli orqanı tərəfindən təsdiqlənməlidir.

 

10.Listinq proseduru

 

  1. Listinq proseduru emitent tərəfindən bu qaydalara uyğun olaraq təqdim edilmiş ərizə-anket formasının (Forma №1) və bu qaydalarla müəyyən edilmiş müvafiq sənədlərin qəbulundan başlayır.
  2. Birjada listinqin başlanması haqqında məlumat Listinq Komitəsinin qərarına əsasən birjanın internet səhifəsində və ya kütləvi informasiya vasitələri ilə açıqlanılır.

 

  1. Listinq Komitəsi listinq başlandığı tarixdən 10 (on) iş günü ərzində qiymətli kağızların listinqə alınıb-alınmaması barədə qərar qəbul etməlidir. Listinq Komitəsi listinq zamanı hər hansı əlavə məlumat və sənədləri Emitentdən tələb etdikdə, qərarın qəbul edilməsi müddəti əlavə 10 (on) iş günü müddətinə artırıla bilər.

 

  1. Listinq Komitəsi tərəfindən qiymətli kağızların listinqə daxil edilməsi əsaslandırılmaqla 3 (üç) aydan artıq olmayan müddətə təxirə salına bilər.

 

  1. Emitentin müraciəti əsasında qiymətli kağızların listinqə alınmasına dair qərar qəbul edildikdə, emitentə bu haqda məlumat verilir və 2 (iki) iş günü ərzində emitentlə Birja arasında listinq müqaviləsi bağlanılır.

 

  1. Listinq Komitəsi qiymətli kağızların listinqə daxil edilməsi barədə qərar qəbul etdikdən sonra, qanunvericiliklə digər hal nəzərdə tutulmadıqda 1 (bir) iş günü ərzində listinqdən keçmiş qiymətli kağızlar barədə müvafiq məlumatları (emitentin adı, qiymətli kağızların dövlət qeydiyyat və ya ISIN nömrəsi, qiymətli kağızların növü, nominalı, listinq tarixi) özünün internet səhifəsi vasitəsilə açıqlayır.

 

  1. Listinq Komitəsi tərəfindən listinq üçün ərizəyə baxıldığı müddət ərzində, emitent tərəfindən Listinq Komitəsinə təqdim olunmuş məlumatlarda dəyişiklik olduqda, emitent bu dəyişikliklər barədə dərhal Birjaya məlumat verməlidir.

 

  1. Listinq tələblərinə cavab verən qiymətli kağızlar Listinq Komitəsində müvafiq bazar seqmentində listinqə qəbul edilir.

 

  1. Aşağıdakı hallarda Listinq Komitəsi qiymətli kağızların listinqə daxil edilməsindən əsaslandırılmış qaydada imtina edir:
    1. Emitent və qiymətli kağızlar bu qaydalarla müəyyən edilmiş tələblərə uyğun olmadıqda;
    2. Qiymətli kağızlarla ticarəti təşkil etmək mümkün olmadıqda;
    3. Qiymətli kağızların listinqi bazarda ədalətli və davamlı ticarət prinsiplərini pozduqda;
    4. Bazarın və investorların mənafelərinin qorunması məqsədləri ilə.

 

Üçüncü bölmə. Listinqə daxil edilmiş emitentlərin öhdəlikləri

 

  1. Qiymətli kağızları listinqdən keçmiş Emitentlərin Birjaya təqdim etdikləri hesabatlar və məlumatlar

 

  1. Əsas bazar və standart bazar seqmentində listinqdən keçmiş qiymətli kağızların emitentləri aşağıdakı məlumat və sənədləri Birjaya təqdim etməli və açıqlamalıdırlar:
    1. Azərbaycan Respubliksının qanunvericiliyinə uyğun tərtib edilmiş illik və yarımillik maliyyə hesabatları (mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, kapitalda dəyişiklər haqqında hesabat, pul vəsaitlərinin hərəkətləri haqqında hesabat). Yarımillik maliyyə hesabatları maliyyə ilinin ilk 6 (altı) ayı başa çatdıqdan sonra iki aydan gec olmayaraq, illik audit olunmuş maliyyə hesabatları maliyyə ili başa çatdıqdan sonra növbəti maliyyə ilinin ilk 6 ayından gec olmayaraq göndərilməlidir;
    2. Azərbaycan Respubliksının qanunvericiliyinə uyğun olaraq hazırlanmış illik və yarımillik idarəetmə hesabatı;
    3. Nizamnaməyə dəyişikliklər edildiyi halda emitentin nizamnaməsi;
    4. Emitentin tədavüldə olan istiqrazları üzrə ödənişlər, o cümlədən faiz ödənişləri barədə məlumat. Məlumat Birjaya ödənişlərin emissiya şərtlərinə əsasən icra edilməsi tarixinə ən azı 3 (üç) iş günü qalmış təqdim edilməli və muvafiq qanunvericiliyə uyğun açıqlanmalıdır;
    5. Emitent açıq səhmdar cəmiyyəti formasında təsis edildikdə, müvafiq qanunvericiliyə uyğun olaraq açıqlanan məlumatları aşağıda göstərilən məlumatlarla birlikdə Birjaya təqdim etməli və açıqlamalıdır:

 

  1. Səhmdarların növbəti (45 gün qalmış) və növbədənkənar (30 gün qalmış) ümumi yığıncaqlarının çağırılması barədə bildiriş;
  2. Səhmdarların ümumi yığıncağının yığıncaq keçiriləndən sonra 3 (üç) iş günü ərzində protokolunun surəti;
  3. Dividendlər barədə məlumat (dividendlərin ödənilməsi şərtləri, ödəniş tarixi və məbləği göstərilməklə).
  4. Emitentin dövriyyədə olan qiymətli kağızları üzrə emissiya prospekti və ya informasiya memorandumu;

 

  1. Yuxarıda qeyd olunuş sənədlərdə və məlumatlarda dəyişikliklər edildiyi halda, həmin dəyişikliklərin qüvvəyə mindiyi tarixdən etibarən 5 (beş) iş günü ərzində dəyişiklikləri təsdiq edən sənəd Birjaya təqdim olunmalı və emitent tərəfindən açıqlanmalıdır.

 

  1. Əsas bazar və standart bazar seqmentində listinqdən keçmiş qiymətli kağızların emitentləri aşağıdakı məlumatları (qanunvericiliyə zidd olmadığı hallarda) 5 (beş) iş günü ərzində Birjaya təqdim etməli və açıqlamalıdır:
    1. Fəaliyyətin növünün genişləndirilməsi, məhdudlaşdırılması, dayandırılması və ya dəyişdirilməsi , əsas fəaliyyət növünün həyata keçirilməsi ilə bağlı meydana çıxan mühüm dəyişikliklər, habelə belə dəyişikliklərə səbəb ola biləcək müqavilələr;
    2. İcra orqanında və ya müşahidə şurasında edilən mühüm dəyişikliklər. Emitentin idarəetmə orqanlarında (icra orqanı və ya müşahidə şurası) dəyişikliklər o zaman mühüm sayılır ki, onun müşahidə şurasının və ya idarə heyətinin üzvlərindən ən azı yarısı dəyişdirilmişdir.
    3. Emitent tərəfindən digər şirkətin nəzarət payının alınıb-satılması;
    4. Emitentin xalis aktivlərinin 25 (iyirmi beş) faizindən artıq olan məbləğdə bağlanılan müqavilə;
    5. Dövlət orqanları, məhkəmələr tərəfindən emitentlə bağlı onun kapitalının 10% və daha artıq hissəsini əhatə edən işlərin baxılması (başlanması, müxtəlif instansiyalarda baxılması və ya hər-hansı qərar qəbul edilməsi) faktları;
    6. Mövcud iş yerlərinin 15 faizindən çoxunu əhatə edən iş yerlərinin ixtisar edilməsi planları;
    7. Patentlərin, lisenziyaların və ticarət nişanlarının alınması və ya dayandırılması/ləğv olunması;
    8. Emitentin yenidən təşkili və ya ləğv edilməsi barədə sənədlər;
    9. Mövcud qanunvericiliyə və bu qaydalara uyğun olaraq, açıqlanmalı olan aidiyyatı şəxslərlə əqdlər;
    10. Yeni qiymətli kağızların emissiyası;
    11. Emissiya edilmiş qiymətli kağızların dövriyyədən çıxarılması;
    12. Emitent tərəfindən buraxılmış qiymətli kağızlarla təsbit edilmiş hüquqlarda dəyişiklik; 11.3.13.Emitentin tədavüldə olan qiymətli kağızları üzrə ödənişlərin vaxtından əvvəl yerinə

yetirilməsi, gecikdirilməsi və ya ödənilməməsi;

11.3.14.Emitentin səhmlərinin 5 (beş) faizi və ya daha artıq həcmdə birdəfəlik alqı-satqısı; 11.3.15.Səhmdarların ümumi yığıncağın qərarından məhkəməyə şikayət verilməsi halları; 11.3.16.Qiymətli kağızların bazar qiymətinə və ya gəlirliliyinə təsir göstərə biləcək hadisələr.

 

  1. Listinqdən keçmiş qiymətli kağızların emitentləri barədə bu qaydalar ilə müəyyən olunmuş məlumatlar Azrərbaycan dilində açıqlanmalıdır. Bu qayda Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlara şamil edilmir.

 

  1. İctimai maraqların və investorların hüquqularının qorunması məqsədi ilə Birja listinqdən keçmiş qiymətli kağızların emitentlərindən qanunvericiliklə açıqlanması qadağan edilməyən məlumatların təqdim olunmasını və açıqlanmasını tələb edə bilər.

 

  1. Alternativ bazar seqmentində listinqdən keçmiş qiymətli kağızların emitentləri aşağıdakı məlumat və sənədləri Birjaya təqdim etməli və açıqlamalıdırlar:
    1. Emitentin tədavüldə olan istiqrazları üzrə ödənişlər, o cümlədən faiz ödənişləri barədə məlumat. Məlumat Birjaya ödənişlərin emissiya şərtlərinə əsasən icra edilməsi tarixinə ən azı 3 (üç) iş günü qalmış təqdim edilməli və açıqlanmalıdır;
    2. Emitent açıq səhmdar cəmiyyəti formasında təsis edildikdə, dividendlər barədə məlumat (dividendlərin ödənilməsi şərtləri, ödəniş tarixi və məbləği göstərilməklə);
    3. Emitentin illik maliyyə hesabatları. Emitent illik maliyyə hesabatlarını növbəti ilin ilk 6 (altı) ayından gec olmayarq Birjaya təqdim etməli və açıqlamalıdır.

 

  1. İnvestisiya fondları tərəfindən buraxılmış qiymətli kağızların (payların) listinqi zaman emitent əlavə olaraq aşağıdakı məlumatları Birjaya təqdim etməli və açıqlamalıdır:
    1. Altı aylıq maliyyə hesabatları (qanunvericilikdə digər müddət nəzərdə tutulmadıqda, dövr başa çatdıqdan sonra 20 (iyirmi) iş günü ərzində);
    2. Aylıq portfel hesabatı (qanunvericilikdə digər müddət nəzərdə tutulmadıqda, dövr başa çatdıqdan sonra 10 (on) iş günü ərzində);
    3. Paylı investisiya fondunun qaydaları;
    4. Paylı investisiya fondunun xalis aktivlərin dəyəri (qanunvericilikdə digər müddət nəzərdə tutulmadıqda, xalis aktivlərin dəyərinin hesablandığı hər bir ticarət günü üzrə);
    5. Fondun idarə edilməsində baş vermiş hər hansı dəyişikilik barədə məlumat (dəyişiklik qeydə alındıqdan sonra 1 (bir) iş günü ərzində).

 

  1. Məlumatların açıqlanmasına dair bu qaydalarda qeyd olunmuş tələbər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Mərkəzi Bankına, Azərbaycan İpoteka və Kredit Zəmanət Fonduna və Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlara şamil edilmir.

 

  1. Listinq Komitəsi, qiymətli kağızları Birjada listinqə daxil edilmiş digər dövlət qurumları və bələdiyyələrə bu qaydalarda qeyd olunmuş məlumatların açıqlanmasına dair istisnalar qəbul edə bilər.

 

Dördüncü bölmə. Qiymətli kağızların bir bazar seqmentindən digər bazar seqmentinə keçirilməsi və delistinqi

 

 

  1. Qiymətli kağızların bir bazar seqmentindən digərinə keçirilməsi

 

  1. Birja listinqdən keçmiş qiymətli kağızların daxil edildiyi bazar seqmentinin listinq tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə rüb ərzində 1 (bir) dəfədən az olmamaq şərti ilə monitorinq təşkil edə bilər. Birja Emitentin müraciəti əsasında növbədən kənar monitorinq təşkil edə bilər. Qiymətli kağızların şərti listinqi zamanı monitorinq, şərti listinq müddətinin sonunda həyata keçrilir.

 

  1. Qiymətli kağızlar daxil edildiyi bazar seqmentinin listinq tələblərinə cavab vermədikdə, Listinq komitəsinin qərarı ilə bu Qaydalara əsasən uyğun olduğu bazar seqmentinə keçirilir. Qiymətli kağızlar birjada ticarət olunan bazar seqmentinin tələblərinə uyğun olmadıqda, bu qaydaların 13.1-ci bəndinin müddəalarına əsasən delistinq olunur. Qiymətli kağızların bir bazar seqmentindən (əsas bazar, standart bazar və ya alternativ bazar seqmentləri) digərinə keçirilməsi zamanı qiymətli kağızların və onun emitentinin bu qaydalarda həmin qiymətli kağızların keçiriləcəyi bazar seqmenti üzrə nəzərdə tutulmuş müddəalara uyğunluğu nəzərə alınmalıdır.

 

13.Qiymətli kağızların delistinqi

 

  1. Listinq Komitəsi aşağıdakı hallarda qiymətli kağızları delistinq edir:
    1. Qiymətli kağızlar ödənildikdə, dövriyyədən çıxarıldıqda və ya tədavül müddəti bitdikə;
    2. Emitent və onun qiymətli kağızları bu Qaydaların tələblərinə uyğun olmadıqda;
    3. Emitentin səhmdarlarının ümumi yığıncağında səsli səhmlərinin azı 75 (yetmiş beş) faizinin iştirakı ilə qiyməli kağızların könüllü delistinqi barədə qərar qəbul edildikdə. Bu halda Listinq Komitəsi investorların hüquqlarının müdafiəsi və ya bazarın qorunması məqsədi ilə qiymətli kağızların delisinq edilməsindən imtina edə bilər;
    4. Bu qaydaların 16.1.2-ci bəndinə əsasən cərimə tədbirləri tətbiq edildikdə;
    5. Qiymətli kağızlarla ticarətə, bu qaydaların 14.3-cü bəndində nəzərdə tutulmuş müddətdə başlanılmadıqda;
    6. Qiymətli kağızlarla ticarət 10 (on) iş günündən artıq müddətə dayandırıldıqda.
    7. Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

 

  1. Bu Qaydaların 13.1-ci bəndinə əsasən Listinq Komitəsi tərəfindən qiymətli kağızların delistinqi barədə qərar qəbul edildikdə, 3 (üç) iş günü ərzində qiymətli kağızların  Emitentinə bu barədə yazılı məlumat verilir. Qiymətli kağızların delistinqi barədə qərar onun ictimaiyyətə açıqlandığı tarixdən 2 (iki) ay sonra qüvvəyə minir.

 

  1. Qiymətli kağızlar, onların delistinqi barədə qərarın qüvvəyə minməsi tarixindən etibarən Birjada ticarətdən çıxarılır.

 

  1. Birja qiymətli kağızların delistinq edilməsi barədə məlumatı 1 (bir) iş günü ərzində açıqlayır.

 

  1. Qiymətli kağızların delisinq edildiyi tarixdən etibarən Birja ilə onların Emitenti arasında bağlanılmış lisitinq müqaviləsi ləğv edilmiş hesab olunur.

 

 

Beşinci bölmə. Qiymətli kağızlarla ticarətin təşkili

 

  1. Qiymətli kağızların ticarətə buraxılması və ticarətdən çıxarılması

 

  1. Birjada bu qaydaların tələblərinə əsasən listinqdən keçmiş qiymətli kağızlar ticarətə buraxılır.
  2. Qiymətli kağızların ticarətə başlanılması tarixi, bu qiymətli kağızların Emitenti tərəfindən qanunvericiliyə və bu qaydalara uyğun olaraq müəyyən edilir. İstisna olaraq, bu qaydaların 9.4-cü bəndinə əsasən tədavüldə olan qiymətli kağızların Alternativ bazar seqmentində

listinqi üçün birja üzvü müraciət etdikdə, qiymətli kağların ticarətə başlanılması tarixi birja üzvü tərəfindən bu qaydalara uyğun olaraq müəyyən edilir.

 

  1. Qiymətli kağızlarla ticarət, qiymətli kağızların listinqi barədə qərarın qəbul edildiyi tarixdən ən geci 60 (altmış) gün ərzində başlanılmalıdır.

 

  1. Ticarətin başlanılması tarixi və listinq qiyməti (ilkin ticarət qiyməti) barədə məlumat, bu qiymətli kağızların listinqi barədə qərar qəbul edildikdən sonra, qiymətli kağızların buraxılış şərtlərində digər hal nəzərədə tutulmadıqda, ticarətin başlanılması tarixinə ən azı 1 (bir) iş günü qalmış Birjanın internet səhifəsi vasitəsi ilə açıqlanır.

 

  1. Bu qaydaların müddəalarına əasən delistinq olunmuş qiymətli kağızlar, delistinq olunduğu tarixdən ticarətdən çıxarılır.

 

15.Ticarətin dayandırılması

 

  1. Birja aşağıdakı hallarda lisinqən keçmiş qiymətli kağızlar üzrə ticarəti dayandırır:
    1. Qiymətli kağızlar üzrə ödənişlər həyata keçirilmədikdə;
    2. Qiymətli kağızların Emitentinin iflası və ya ləğvi barəsində qərar qəbul edildikdə;
    3. Qiymətli kağız buraxılışının sərbəst tədavülünə məhdudiyyətlər olduqda və ya bu qiymətli kağızlar ilə ticarətin təşkili və keçirilməsi mümkün olmadıqda (emitentin depozitar ilə müqaviləsi ləğv edildikdə, hesablaşma və klirinq xidmətləri göstərilmədikdə və ya dayandırıldıqda və s.);
    4. Qiymətli kağızların ticarəti bazarın normal fəaliyyət rejimini və təhlükəsizliyini pozduqda və ya investorların maraqları üçün təhlükə törətdikdə;

 

  1. Maliyyə böhranı baş verdikdə;
  2. Fövqəladə hallar baş verdikdə;
  3. Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

 

  1. Aşağıdakı hallarda listinqən keçmiş qiymətli kağızlar üzrə ticarət Listinq Komitəsinin qərarı ilə dayandırılır:
    1. Emitent mövcud qanunvericiliyin, bu Qaydaların və listinq müqaviləsinin tələblərini pozduqda;
    2. Emitent tərəfindən məlumatlar bu qaydalar və qanunvericiliklə tələb olunan qaydada və müddətdə açıqlanmadıqda;
    3. Qiymətli    kağızların  emitentinin  iflası və ya    ləğvi    barədə qərarın qəbul edilməsi üçün yığıncaq çağırıldıqda;
    4. Emitent buraxdığı qiymətli kağızlar (listinqdən keçməmiş) və ya törəmə maliyyə alətləri üzrə ödənişləri həyata keçirilmədikdə;
    5. Qiymətli kağızların ilkin buraxılış şərtləri, növü və forması dəyişdirildikdə, qiymətli kağızlar xırdalandıqda, birləşdirildikdə, konvertasiya olunduqda, nominalı dəyişdirildikdə;
    6. Emitent tərəfindən bu qaydalara əsasən təqdim edilən və açıqlanan məlumatlar yanlış olduqda;
    7. Emitentin texniki defoltu halında;
    8. Emitent birja qaydaları ilə müəyyən edilmiş ödənişləri, cərimələri vaxtında və ya tam məbləğdə ödəyə bilmədikdə.

 

  1. Ticarətin dayandırılması müddəti qanunvericilikdə digər hal nəzərdə tutulmadıqda 10 (on)  iş günündən artıq ola bilməz.

 

  1. Birja, qanunvericilikdə digər hal nəzərdə tutulmadıqda, qiymətli kağızların ticarətini dayandırdıqda, bu barədə məlumatı dərhal nəzarət orqanına təqdim edir və ictimaiyyətə açıqlayır.

 

  1. Qiymətli kağızların ticarətinin dayandırılmasına əsas olmuş səbəblər aradan qaldırıldıqda, Birja həmin qiymətli kağızların ticarətinin bərpa edilməsi barədə qərar qəbul edə bilər. Birja ticarətin bərpa olunması barədə məlumatı açıqlayır.

 

  1. Emitent ticarətin dayandırıldığı müddət ərzində birja qaydaları ilə müəyyən edilmiş ödənişlərdən azad edilmir.

 

Altıncı bölmə. Digər müddəalar

 

  1. Təsir tədbirləri

 

  1. Bu Qaydaların tələbləri emitent tərəfindən pozulduğu halda Listinq Komitəsi tərəfindən aşağıdakı təsir tədbirləri tətbiq edə bilər:
    1. Xəbərdarlıq - emitent tərəfindən bu qaydaların əhəmiyyətli hesab edilməyən dərəcədə pozulması və ya emitent tərəfindən Birjanın komisyon haqlarının ödənilməsinin gecikdirilməsinə görə Emitentə yazılı xəbərdarlıq verilir. Xəbərdarlıqda 30 (otuz) iş günü ərzində bu Qaydaların əhəmiyyətli hesab edilməyən dərəcədə pozuntunun aradan qaldırılması və ya gecikdirilmiş komisyon haqlarının ödənilməsi ilə bağlı tələb əks olunur.
    2. Cərimə - emitent tərəfindən bu qaydaların pozulması, bu Qaydaların 16.1.1-ci yarımbəndində göstərilən xəbərdarlığa əməl edilməməsi, habelə qaydaların pozulması halların təkrarlanmasına görə listinq müqaviləsinə uyğun olaraq cərimə edilir. Cərimənin məbləği listinq müqaviləsinə uyğun olaraq pozuntunun ciddiliyinə görə Listinq Komitəsi tərəfindən emitent kapitalının 0,1 faizindən 1 faizinədək miqdarda müəyyən edilir. Cərimənin ödənilməsi müvafiq qərarın çıxarıldığı tarixdən 5 (beş) iş günü ərzində emitent tərəfindən icra edilməlidir. Listinq Komitəsi qərar elan edildiyi tarixdən pozuntu emitent tərəfindən aradan qaldırılanadək hər gün üçün cərimə tətbiq edə bilər. Bu halda ümumi cərimənin maksimal həddi Emitentin kapitalının 2%-dən çox olmamalıdır;
    3. Qiymətli kağızların ticarətinin dayandırılması;
    4. Qiymətli kağızların daha aşağı səviyyəli listinq tələbləri olan bazar seqmentinə keçirilməsi;
    5. Qiymətli kağızların delistinqi. Emitent tərəfindən qaydaların davamlı (ən azı 2 dəfə) şəkildə pozulması, o cümlədən bunun nəticəsində bazarın normal iş rejimi və bazar iştirakçılarının hüquqları pozulduqda, Birjanın komission haqqlarının davamlı (ən azı 2 dəfə) şəkildə ödənilmədikdə Listinq Komitəsi bu Emitentin qiymtəli kağızalarını delistinq edir.
  2. Birja Emitentə qarşı tətbiq edilən təsir tədbirləri barədə məlumatları Listinq Komitəsinin qərarına əsasən açıqlayır.
  3. Emitent Listinq Komitəsinın təsir tədbirlərinin tətbiqi haqqında qərarından 5 (beş) iş günü ərzində birjanin Mübahisələrin həll edilməsi üzrə Komitəsinə, Maliyyə Bazarlarına Nəzarət Palatasına və ya məhkəməyə şikayət ərizəsi ilə müraciət edə bilər.

 

17.Komissiya haqqları

 

  1. Emitentlər Birja tərəfindən təsdiq edilmiş tariflər əsasında komissiya haqqı ödəyir.

 

  1. Birja komissiya haqqlarını özünün internet səhifəsində açıqlayır.

 

18.Listinq Komitəsi

 

  1. Birjada listinqlə bağlı qərarlar vermək və bu Qaydaların tətbiqinə nəzarət etmək üçün Listinq Komitəsi yaradılır.

 

  1. Listinq Komitəsinın səlahiyyətləri aşağıdakılardır:
    1. Qiymətli kağızların listinqi, delistinqi və bu qaydalarda nəzərdə tutulan digər məsələlər barədə qərarlar qəbul etmək;
    2. Bu Qaydalarla müəyyən edilmiş tələblərin yerinə yetirilməsinə nəzarət etmək;
    3. Bu Qaydaların tələbləri pozulduğu halda Emitentə qarşı listinq müqaviləsinə uyğun cərimələr və digər təsir tədbirləri tətbiq etmək.

 

19.Listinq Komitəsinın strukturu

 

  1. Listinq Komitəsinın üzvləri Birjanın müşahidə şurası tərəfindən seçilir və azad edilir. Birjanın Listinq Komitəsi tək sayda olmaqla, ən azı 3 (üç) üzvdən ibarət olmalıdır.
  2. Listinq Komitəsinın üzvləri müşahidə şurası tərəfindən növbəti dəfə seçilmək hüququ ilə 3 (üç) il müddətinə seçilirlər.
  3. Birjanın əməkdaşları və Listinq Komitəsinin üzvlərinin sayının üçdə birindən çox olmamaq şərti ilə hüquq və ya maliyyə sahəsində ən azı 3 (üç) il iş təcrübəsinə malik olan digər fiziki şəxslər Listinq Komitəsinə üzv seçilə bilər.
  4. Listinq Komitəsinın sədri müşahidə şurası tərəfindən Listinq Komitəsinin üzvləri arasından təyin olunur.
  5. Listinq Komitəsinın iclasları Listinq Komitəsinin sədri tərəfindən çağırılır. Listinq Komitəsinin üzvləri yarısından çoxu iştirak etdikdə baş tutmuş hesab edilir. Listinq Komitəsinin qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə, iclasa sədrlik edən şəxsin səsi həlledicidir.
  6. Listinq Komitəsinın bütün iclasları protokolaşdırılmalı və səsvermədə iştirak edən bütün üzvlər tərəfindən imzalanmalıdır.
  7. Listinq Komitəsi tərəfindən iclasın gündəliyinə hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli və bu məsələnin müzakirəsində iştirak etməməlidir. Bu zaman həmin üzv məsələyə dair səsvermədə iştirak etmir və onun iştirakı yetərsay müəyyən edilərkən nəzərə alınmır.
  8. Listinq Komitəsi tərəfindən listinq ərizəsi üzrə qəbul edilən qərarlar:
    1. Listinq qərarı - Emitentin qiymətli kağızlarının listinqə daxil edilməsi barədə Listinq Komitəsi tərəfindən qəbul edilən qərardır.
    2. Listinq üçün ərizənin rədd edilməsi barədə qərar - Emitentin qiymətli kağızlarının listinqə daxil edilməsindən imtina edilməsi barədə Listinq Komitəsi tərəfindən qəbul edilən  qərardır.
    3. Listinqin təxirə salınması qərarı – Emitentin qiymətli kağızlarının listinqə daxil edilməsinin Listinq Komitəsi tərəfindən əsaslandırılmaqla 3 (üç) aydan artıq olmayan müddətə təxirə salınması barədə qərardır.

 

 

 

 

20.Birjanın öhdəlikləri

 

  1. Birja aşağıdakı öhdəliklərə malikdir:
    1. Listinqdən keçmiş qiymətli kağızların müntəzəm və şəffaf ticarəti üçün lazımi şərait yaratmaq;
    2. Listinqdən keçmiş qiymətli kağızların ticarəti haqqında məlumatları mütəmadi olaraq dərc etmək;
    3. Qiymətli kağızların ticarəti üzrə birja tərəfindən açıqlanmalı olan məlumatlar istisna olmaqla, qiymətli kağızların Emitentinin birjaya təqdim etdiyi, lakin onun özü tərəfindən ictimaiyyətə açıqlanmamış məlumatı Emitentin razılığı olmadan açıqlamamaq;
    4. Daxili qaydalarını və ya onlara edilmiş dəyişiklikləri təsdiq edildiyi tarixdən etibarən beş iş günündən gec olmayaraq açıqlamaq.
  2. Birja emitent tərəfindən təqdim edilən və bu qaydalara əsasən Emitentə və onun fəaliyyətinə dair açıqlanan məlumatların dürüstlüyünə görə məsuliyyət daşımır.

 

 

 

Tarix:

 

“Bakı Fond Birjasında qiymətli kağızların listinqi, delistinqi və ticarətə buraxılması qaydaları” Forma №1

 

 

Bakı Fond Birjası QSC-də qiymətli kağızların Listinqi üçün ƏRİZƏ-ANKET

A. Ümumi məlumat

 

A1. Emitentin adı

 

A2. Emitentin hüquqi ünvanı

 

A3. Əlaqə vasitələri (telefon, faks, e-mail)

 

A4. Emitentin internet səhifəsi ünvanı

(olduqda)

 

A5. Əlaqələdirici şəxs (telefon, faks, e-mail)

 

B. Əsas fəaliyyət göstəriciləri

 

B1. Emitentin fəaliyyət müddəti

 

B2. Emitentin nizamnamə kapitalının həcmi

 

B3. Emitent barəsində iflas proseduru başlanılıb və ya, vaxtaşırı müflisləşmə problemləri yaranıbmı?

tarix                      

 

  • YOX

 

B4. İdarəetmə orqanlarında son 3 (üç) ay ərzində mühüm dəyişikliklər baş veribmi?

hansı                                                    

 

  • YOX

B5. Emitentin buraxdığı qiymətli kağızların sahiblərinin reyestri mərkəzi depozitar

tərəfindən aparılırmı?

 

□ HƏ             □ YOX

B6. Emitent son maliyyə ilini xalis mənfəətlə

başa vurubmu?

□ HƏ             □ YOX

 

B7. Emitent maliyyə hesabatlarını hansı standartlara uyğun olaraq hazırlayır?

  • Mühasibat uçotunun beynəlxalq standarları (MHBS)
  • Yerli mühasibat uçotu standartları
  • Digər                                

B8. Emitent ana şirkətdirsə, MHBS-a uyğun

konsolidə olunmuş illik hesabat hazırlayıbmı?

□ HƏ             □ YOX

B9. Emitent Müstəqil Auditor tərəfindən

auditdən keçmişdirmi (son dövr üzrə)?

□ HƏ             □ YOX

B10. Emitentin müşahidə şurasının neçə üzvü vardır

 

 

B11. Emitentin direktorlar şurasında

 

 

(müşahidə şurasında) neçə Müstəqil üzv

(direktor) vardır (olduqda)?

 

□ YOX

B12. Emitentin daxili audit komitəsi

mövcuddurmu?

□ HƏ             □ YOX

C. Listinqə alınacaq qiymətli kazılar

barədə məlumat

 

C1. Qiymətli kağızların növü

 

C2. Qiymətli kağızların ISIN nömrəsi

 

C3. Qiymətli kağızların sayı

 

C4. Qiymətli kağızların nominal dəyəri

 

C5. Ticarətin başlanılması tarixi

 

D. Emitentint zəruri hesab etdiyi digər

məlumatlar

 

 

Qeyd:      Bu anket emitent tərəfindən doldurulur və təsdiq edilir. Emitent anketdə verilmiş məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyır.

 

Səlahiyyətli şəxsin A.A.S.:                                        Səlahiyyətli şəxsin vəzifəsi                                                                                   

 

İmza: M.Y.

22.02.2019 14:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ