Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

50% məhdudiyyət həyat sığortasına mənfi təsir göstərdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
50% məhdudiyyət həyat sığortasına mənfi təsir göstərdi

Həyatın yığım sığortası ilə bağlı məhdudiyyət sığorta haqlarının azalmasına səbəb olub.

 

Reklam_3_11

Həyatın yığım sığortasına ödənilən məbləğlər əvvəllər tam həcmdə gəlir vergisindən azad edilirdi. Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları fiziki şəxslərin gəlir vergisindən azaddır. Eyni məhdudiyyət sosial sığorta haqları üzrə də mövcuddur.

 

“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar ayında könüllü həyat sığortaları üzrə 11 milyon 540 min manat sığorta haqları hesablanıb. Bu, 2018-ci ilin yanvar ayı ilə müqayisədə 31% azdır. Ötən ilin Yanvar ayında 16 milyon 702 min manat sığorta haqları toplanmışdı.

 

2018-ci ilin Yanvar ayı ilə müqayisədə 2019-cu ilin Yanvar ayında həyatın yaşam sığortası (və ya həyatın yığım sığortası) 4 milyon 260 min manat və ya 34% azalıb. Ötən ilin yanvar ayında həyatın yaşam sığortası üzrə 12 milyon 623 min manat sığorta haqları hesablanmışdı.

 

2018-ci ilin Yanvar ayı ilə müqayisədə 2019-cu ilin Yanvar ayında həyatın ölüm halından sığortası üzrə hesablanmış sığorta haqları 3 milyon 921 min manatdan 2 milyon 925 min manata düşüb.

 

Sığorta sinifləri

Sığorta haqları

2018 Yanvar

Sığorta ödənişləri

2018 Yanvar

Sığorta haqları

2019 Yanvar

Sığorta ödənişləri

2019 Yanvar

Könüllü həyat sığortası üzrə, o cümlədən:

16702,6

10995,5

11 540,6

7 442,0

həyatın yaşam sığortası

12622,5

10944,4

8 363,5

7 339,2

həyatın ölüm halından sığortası

3921,3

51

2 925,8

102,9

əmək qabiliyyətinin sığortası

151,5

0,0

244,5

0,0

sağalmaz xəstəliklərdən sığorta

7,2

0,0

6,7

0,0

 

2018-ci ilin Yanvar ayı ilə müqayisədə 2019-cu ilin Yanvar ayında icbari sığortalar üzrə hesablanmış sığorta haqları 4 milyon 705 min manat və ya 43% artaraq 15 milyon 606 min manat təşkil edib.

 

İcbari həyat sığortası olan “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” üzrə hesablanmış sığorta haqları 1 milyon 767 min manatdan 2 milyon 242 min manata yüksəlib (27% artım).

 

3 həyat sığortası şirkətinin - “Atəşgah Həyat”, “Qala Həyat” və “PAŞA Həyat”ın hesabladığı sığorta haqları azalıb.

Sığortaçının adı

Sığorta Haqları, 2018 Yanvar

Sığorta Haqları

2019 Yanvar

Artım+/-Azalma

4

“Atəşgah Həyat” Sığorta Şirkəti

3,039

2,323.4

-

15

“PAŞA Həyat Sığorta”

14,475.7

10,875.7

-

17

“Qala Həyat” Sığorta Şirkəti

954.9

583.8

-

 

25.02.2019 05:42

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ