Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanda icra başçısı qəfildən ölüb - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda icra başçısı qəfildən ölüb - YENİLƏNİB

İcra başçısı hansı səbəbdən vəfat edib?

 

Naftalan İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov bu gün saat 13:00 radələrində Bakıdakı “Qurd qapısı” qəbristanlığında dəfn olunacaq.

 

Bu barədə başçının köməkçisi Yavər Aslanov məlumat verib.

 

Y.Aslanov başçının dünən gecə saatlarında dünyasını dəyişdiyini bildirib:

 

“İlkin məlumata görə, ürək tutmasından vəfat edib”.

 

Rövşən İbrahimov 1967-ci ildə Siyəzən rayonunda anadan olub.

 

1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsini bitirərək  “İnşaat mühəndisliyi” ixtisasına yiyələnib.

 

1986-1988-ci illərdə həqiqi hərbi xidmətdə olub.


Əmək fəaliiyətinə 1991-ci ildən "Azneft" İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” trestində iş icraçısı olaraq başlayıb. ARDNŞ-də (SOCAR) müxtəlif sahələr üzrə rəhbər vəzifələrdə çalışıb.


Fevral 2011-ci ildən 18 may 2018-ci il tarixədək ARDNŞ-də Sosial İnkişaf İdarəsinin Tikinti Departamenitinin rəisi vəzifəsində işləybi.


Azərbaycan Respublikası Prezidentinin 18 may 2018-ci il tarixli Sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib.

 

Yeni Azərbaycan Partiyasının üzvüdür.

 


Vəfat edən icra başçısı Bakıda dəfn olunacaq.

 

Dünyasını dəyişən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov  Bakıda "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

 

Xatırladaq ki, R.İbrahimov gecə saatlarında Bakıda yaşadığı evdə qəfildən dünyasını dəyişib.

 


Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov gecə saatlarında vəfat edib.

 

Naftalan şəhər İcra Hakimiyyəti başçısının müavini Afət Cabbarova açıqlamasında faktı təsdiqləyib.

 

Məlumata görə, o, Bakı şəhərində yaşadığı evdə dünyasını dəyişib.

 

Qeyd edək ki, Rövşən İbrahimov 1967-ci ildə Siyəzən rayonunda anadan olub.

 

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2014-cü il tarixli sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 18 may 2018-ci il tarixli sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib.

 

Ailəlidir, 2 övladı var.

 

Allah rəhmət eləsin!

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

25.02.2019 06:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ