Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Atəşgah Həyat”dan “Dəmirbank”ın keçmiş əməkdaşlarına cavab

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Atəşgah Həyat”dan “Dəmirbank”ın keçmiş əməkdaşlarına cavab
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Son günlər sosial şəbəkə səhifələrində və bəzi xəbər portallarında ləğv etmə prosesində olan “Dəmirbank” ASC-nin bir neçə keçmiş əməkdaşının “Atəşgah Həyat” Sığorta Şirkətinə münasibətdə narazılıq və şikayətlərinin yer aldığı  məqalələr yayımlanmışdır. Bildirilir ki, “Dəmirbank” ASC əməkdaşlarının həyatın yığım sığortasının imkanlarından yararlanaraq götürdükləri kreditlər üzrə faizlər hesablanır, amma həmin kreditlərin təminatı olan əlaqədar investisiya alətlərinə (depozitə) faiz hesablanmır və bununla da onların iqtisadi mənafeləri pozulmuş olur.

 

Reklam_3_11

Məsələ ilə bağlı “Atəşgah Həyat” səğorta şirkəti bildirir ki, “Dəmirbank” ASC ilə “Atəşgah Həyat” Sığorta Şirkəti arasında həyatın yığım sığortası müqaviləsi bağlanmışdır və bundan yaranan bütün məsələlər  müqavilə şərtləri və qanunvericiliyin müddəaları çərçivəsində həllini tapacaqdır:      

 

““Atəşgah Həyat” Sığorta Şirkəti hər zaman müştəriləri qarşısında öhdəliklərini lazımınca yerinə yetirmişdir və indiyədək heç bir müştəriyə həyatın yığım sığortası üzrə ödənişdən imtina edilməmişdir. Qeyd etmək lazımdır ki, ləğv prosesində olan “Dəmirbank” ASC-nin əməkdaşlarının yığım sığortası üzrə  ilk sığorta ödənişinin vaxtı 2019-ci ilin iyul ayına təsadüf edir və işçilərin yığım sığortasına qoşulma vaxtlarına  uyğun olaraq ödənişlərin 2020-ci ilin sonunadək verilməsi nəzərdə tutulur.

 

Eyni zamanda qeyd etmək vacibdir ki, ləğvetmə prosesində olan “Dəmirbank” ASC-nin əməkdaşlarını narahat edən məsələ şirkətimizlə bərabər nəzarət orqanının da diqqət mərkəzindədir. Hazırda, “Atəşgah Həyat” Sığorta Şirkəti məsələ ilə bağlı “Dəmirbank” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu və Maliyyə Bazarına Nəzarət Palatası ilə aparılan intensiv məsləhətləşmələrin yekunu olaraq belə bir anlaşma əldə olunmuşdur ki, məsələyə xüsusi yanaşma labüddür və ədalətli həll tapılmalıdır. Sığorta olunanların mənafelərinin təmin olunması üçün ümumi baxış artıq formalaşmışdır, hazırda detallar üzərində iş gedir. Məsələ ilə bağlı ictimaiyyətə məlumat veriləcəkdir”.

25.02.2019 07:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ