Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Hesab.az təhsilin inkişafına dəstək olur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hesab.az təhsilin inkişafına dəstək olur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Azərbaycanın ən böyük onlayn ödəmə portalı olan Hesab.az hər zaman gənclərin təhsilinə yönəlmiş sosial-ictimai tədbirlərdə, təlimlərdə yaxından iştirak etmiş və dəstək olmuşdur.

 

Fevralın 14-də Qubada keçirilən SABAH III Karyera Qış Məktəbində təlimlər həyata keçirilib. “Start-up-ın yaradılması mərhələləri” və “İT layihələrin idarə olunması” mövzularında keçirilən təlimi "GoldenPay" şirkətinin layihə rəhbəri, fəlsəfə elmlər doktoru namizədi Fəxri Hüseynov aparıb.Təlimdə startapların əsas mərhələsi, layihələrin hazırlanması və maliyyə vəsaitlərinin cəlb edilməsi, iştirakçılara öz bizneslərini inkişaf etdirməkdə donor təşkilatların rolu haqqında geniş məlumat verilib.

 

Öncədən də qeyd etdiyimiz kimi Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH qruplarının Karyera Akademiyası çərçivəsində tərəfdaşı olan Golden Pay şirkəti SABAH tələbələri üçün xüsusi təqaüd ayırıb. 70-dən çox tələbə arasından 3 nəfər təqaüdə layiq görülüb və 2018-2019 -ci il tarixlərində aylıq 150 AZN təqaüdlə təmin olunacaqlar.

 

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

 

2011-ci ilin aprel ayında "GoldenPay" şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

25.02.2019 08:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ