Sənətkarlar kəşf olunub
Ötən il Azərbaycanda “Craftsmanship Azerbaijan” adlı unikal layihəyə start verilib.
Layihə çərçivəsində nəsldən nəslə biliklərini ötürən və əl işi ilə məşğul olan əsl Azərbaycan ustalarının emalatxanaları, həmçinin Azərbaycan xalqının ənənə və ruhunu qoruyub saxlayan sənətkarlar kəşf olunub.
Üç ay ərzində bütün ölkə üzrə 12 reportaj həyata keçirilib: Şamaxı, Basqal, Lahıc, Gəncə, Şəki, Zaqatala... Misgər və silahqayıran, gön ustası və sandıqçı, kəlağayı ustası və və dulusçu, düyü halvasının sirrlərini qoruyub saxlayan və mismar istifadə etmədən şəbəkənin mahir vitrajlarını yaradan sənətkarlar... Bütün adıçəkilmiş ustalar reportyorların üzünə qapılarını açıb, həyat hekayələri danışıb və xəyalları ilə bölüşüblər. Hər birinin qeyd etdiyi önəmli bir məqam var idi ki, bu irsi qorumaq, bütün dünya ilə paylaşmaq və şagirdlər vasitəsi ilə yaşatmaq vacibdir.
Milli ənənələrin qorunub saxlanmasının əhəmiyyəti ilə əlaqədar olaraq layihə 2017-ci ildə də davam etdiriləcək. Belə ki, layihə “William Grant & Sons” şirkətinin əl işi ilə hazırlanan unikal “The Balvenie” şotland viski brendinin təşkilatçığı və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihənin təşkilatçıları Azərbaycanın ən ucqar kəndlərinə səyahət edəcək və sənətkarlarla bağlı bütün maraqlı hekayələri oxucularla çatdıracaqlar.
Layihənin ilham mənbəyi Azərbaycanda əl işi sənətinin irsi və ənənələrini dəstəkləyən “The Balvenie” viski brendi olub. Hazırda sözügedən brend Şotlandiyada əl əməyi ilə hazırlanan yeganə viski zavodudur. Məhz bu səbəbdən “The Balvenie” sənətkar ənənələrini dəstəkləyir və hər cür qoruyub saxlamağa çalışır.
Səyahəti burada izləyə bilərsiniz: https://www.facebook.com/CraftsmanshipAzerbaijan.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
16 d. əvvəl
"Baytarlıq preparatları insan sağlamlığına da dolayı yolla risk təşkil edir”
- 17 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AFBİA-nın növbəti Ümumi Yığıncağı keçirilib, mühim qərarlar qəbul edilib
-
2 saat əvvəl
SƏN DƏ "DƏSTƏK" OL! - Bütün sahibkarlar bu vacib layihəyə dəvət olunur
-
17 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 17 saat əvvəl
-
17 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
17 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır