Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycana Misir, Pakistan, Türkmənistandan da turist axını başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana Misir, Pakistan, Türkmənistandan da turist axını başlayıb

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2019-cu ilin yanvar ayında  Azərbaycana dünyanın 143 ölkəsindən 191,6 min və ya 2018-ci ilin yanvar ayı ilə müqayisədə 2,9 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

 

Reklam_3_11

Gələnlərin 29,4 faizi Rusiya Federasiyası, 29,1 faizi Gürcüstan, 11,2 faizi Türkiyə, 5,4 faizi İran, 4,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,7 faizi Ukrayna, 1,3 faizi İraq, 17,3 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 71,1 faizini kişilər, 28,9 faizini isə qadınlar təşkil etmişdir.

 

Ölkəmizə yanvar ayında gələnlərin sayında daha çox artım Misir (4,5 dəfə), Pakistan (2,0 dəfə), Türkmənistan (1,7 dəfə), Hindistan (1,4 dəfə), Çin (26,5 faiz), Gürcüstan (21,9 faiz), Cənubi Koreya (15,2 faiz) vətəndaşları arasında qeydə alınmışdır.

 

Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz azalaraq 28,5 min nəfər olmuşdur.

 

2019-cu ilin yanvar ayında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı  0,9 faiz artaraq 5,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 0,2 faiz azalaraq 67,2 min nəfər olmuşdur.

 

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin  63,8 faizi dəmir yolu və avtomobil, 35,4 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə etmişdir.

 

2019-cu ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,3 faiz artaraq 357,1 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 35,0  faizi İrana, 28,0 faizi Gürcüstana, 20,9 faizi Rusiya Federasiyasına, 10,2 faizi Türkiyəyə, 1,2 faizi Ukraynaya, 1,1 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,6 faizi isə digər ölkələrə səfər etmişdir. Səfər edənlərin 68,1 faizi kişilər, 31,9 faizi isə qadınlar olmuşdur.

 

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 75,2 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 6,5 faiz, Gürcüstana gedənlərin sayı 2,5 faiz artmış, Türkiyəyə gedənlərin sayı isə 2,6 faiz  azalmışdır.

 

Cari ilin yanvar ayında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 81,9 faizi dəmir yolu və avtomobil, 17,3 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə etmişdir.

25.02.2019 09:26

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ