Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın birinci mərtəbədən 24-cü mərtəbəyə qədər davam edib.

 

Bu barədə Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi Əkbər Novruzov məlumat verib.

 

O, yanğının tam söndürüldüyünü deyib.

 

Ə.Novruzov bildirib ki, binada olan bütün sakinlər təxliyyə edilib, hazırda binada heç kəs qalmayıb. Ümumilikdə, təxminən, 60-dan çox sakin təxliyyə olunub. Yanğına görə əraziyə 18 yanğınsöndürən maşın və 70 nəfər canlı heyət cəlb olunub.

 

XXX

 

Hadisə zamanı tüstüdən zəhərlənən 10 nəfərə yerindəcə həkimlər tərəfindən yardım göstərilib.

 

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. 

 

Onlardan 4-ü uşaq, 6-sı böyükdür: "Onların heç birinin həyati təhlükələri yoxdur".

 

XXX

 

Hazırda çoxmərtəbəli binada yanğın davam edir və söndürülməsi üçün tədbirlər görülür. 

 

Binanın 14-cü mərtəbəsində bir ailənin 4 üzvü qalıb.

 

Xilasedicilər onları binadan çıxarmağa çalışır. 


XXX    

 

Səhiyyə Nazirliyi: Çoxmərtəbəli binada baş verən yanğına görə 5 həkim briqadası göndərilib.

 

Bakıda yanğın baş verən çoxmərtəbəli binanın yerləşdiyi əraziyə 5 təcili tibbi yardım briqadası göndərilib.

 

Bu barədə Səhiyyə Nazirliyindən bildirilib. 

 

Qeyd olunub ki, hadisə ilə əlaqədar təcili yardıma saat 12.55 radələrində çağırış daxil olub. 

 

Qeyd edək ki, Bakı şəhəri, Şəfaət Mehdiyev küçəsində yerləşən yeni çoxmərtəbəli binada yanğın başlayıb.

 


XXX    XXX     XXX

Bakı şəhəri, Şəfaət Mehdiyev küçəsində yerləşən yeni çoxmərtəbəli binada  ("Qoşa Park" yaşayış kompleksi) yanğın başlayıb.

 

Əraziyə yanğınsöndürən maşınlar, hüquq-mühafizə orqanlarının əməkdaşları, “Təcili yardım” maşınları cəlb olunub.

 

© Report

25.02.2019 12:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ