Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Tramp: Neft qiymətləri çox yüksəlib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp: Neft qiymətləri çox yüksəlib

ABŞ Prezidenti Donald Tramp, neft qiymətləri barədə OPEC-i tənqid etməkdə davam edərək, dünyanın qiymət artımının qarşısını almaq üçün çox kövrək olduğunu deyib.
 

"Marja" xəbər verir ki, Tramp, OPEC-i hasilatı azaltmaq siyasətini dayandırmağa çağırıb. O qeyd edib ki, neft qiymətləri çox yüksəlib. 
 

“OPEC, zəhmət olmasa, rahatlanın və canfəşanlığa son qoyun. Dünya kövrəkdir, bu artıma tab gətirməz”, - deyə yazan dövlət başçısı hazırkı neft qiymətlərinin ifrat şəkildə yüksəldiyini qeyd edib.

 

Xam neft qiymətləri OPEC və qrup ilə birlikdə hərəkət edən istehsalçıların hasilatlarını azaltmalarının təsiri ilə bu il 25%-dən çox qalxıb.
 

ABŞ ilə Çin arasındakı ticarət münaqişəsi və Vaşinqtonun Venesualanın neft ixracına sanksiya tətbiqindən qaynaqlanan narahatlıqların yüngülləşməsi də neft qiymətlərini dəstəkləyir.

 

Trampın açıqlamasından sonra Brent nefti 1,3% ucuzlaşaraq 66,26 dollara düşüb (saat 16:30-a olan məlumat)

25.02.2019 13:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ