Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Energetika Nazirliyi və "Equinor" şirkəti anlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Energetika Nazirliyi və "Equinor" şirkəti anlaşdı

Azərbaycan Respublikasının Energetika Nazirliyi və Norveçin Equinor Abşeron AS şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. 


Memorandumda bərpa olunan enerji mənbələrindən istifadə sahəsində ikitərəfli əməkdaşlığın ümumi prinsipləri, bərpa olunan enerji mənbələrinin potensialının qiymətləndirilməsi, bu sahəyə gəlirli investisiya qoyuluşu üçün şəraitin yaradılması ilə bağlı əməkdaşlıq nəzərdə tutulur.

Reklam_3_11

 

Bu sənəd Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafı, maliyyələşdirilməsi, tikintisi, istismarı və saxlanması istiqamətində fəaliyyəti təmin etməyə kömək edəcək.

 

Anlaşma Memorandumunu energetika nazirinin müavini Samir Vəliyev və Equinor Abşeron AS şirkətinin Azərbaycan üzrə ölkə meneceri Favad Quraishi imzalayıb.

 

Samir Vəliyev Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişafı, bu sahəyə investisiya qoyuluşunun təşviqi ilə bağlı həyata keçirilən tədbirlər, qarşıda duran hədəflər barədə danışıb. Bildirib ki, Equinor şirkəti ilə imzalanmış bu memorandum bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində tərəflər arasında atılan ilk addımdır və Azərbaycanda bu sahənin inkişafına oz töhfəsini verəcək.

 

Favad Quraishi isə bərpa olunan enerji mənbələrinin inkişafı üzrə fəaliyyətin Equinor şirkətinin əsas prioritetlərindən biri olduğunu qeyd edib. Bildirib ki, bu sənədlə Equinor şirkəti Azərbaycanla  əməkdaşlıq əlaqələrini daha da genişləndirəcək və bərpa olunan enerji mənbələri sahəsində hər iki ölkənin maraqlarının reallaşmasına imkanlar yaranacaq.

25.02.2019 13:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ