Sosial müavinətlərdəki artımın hesablanacağı tarix açıqlandı
“Sosial müavinətlərdəki artım 01 Aprel 2019-cu ilin tarixindən hesablanacaqdır”.
“Marja” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
HƏMÇİNİN OXU: Əhalinin rifahı üçün daha bir sərəncam - MÜAVİNƏTLƏR ARTIRILIR, MƏBLƏĞLƏR
"Prezidentin sərəncamında artırılacaq məbləğlər göstərilib. Hal-hazırda biz qanun və sərəncam layihələrini hazırlayırıq. 15 gün müddətində onları cənab Prezidentə təqdim edəcəyik. Qanun layihələri isə Milli Məclisə göndəriləcəkdir. Bizim bir ay vaxtımız var. 1 Aprel tarixindən etibarən bütün müavinətlər yeni rəqəmlər ilə hesablanacaqdır",- Sahil Babayev bildirib.
Sahil Babayev qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam 577 min insanı əhatə edəcək.
Onun sözlərinə görə, sərəncamın icrası üçün bu il büdcədən 302 milyon manatın ayrılması nəzərdə tutulur. Gələn il üçün bu rəqəm 400 milyon olacaq: "Aprelin 1-dən insanlar həmin vəsaitləri ala biləcəklər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 saat əvvəl
-
6 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 8 saat əvvəl
-
9 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
9 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
12 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
13 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 16 saat əvvəl
- 16 saat əvvəl