Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Sənədləri gətirirdilər, mən də qol çəkirdim" - BANKDAN 10 MİLYON ALINIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Sənədləri gətirirdilər, mən də qol çəkirdim" - BANKDAN 10 MİLYON ALINIB

Cahangir Hacıyevin bacanağı məhkəmədə ifadə verib


 

Reklam_3_11

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

 

Hakim Faiq Qəniyevin sədrliyi ilə günün ikinci yarısında keçirilən prosesdə təqsirləndirilən Tərlan Məhərrəmov dindirilib.

 

O, D.Xəlilovun "General Construction" şirkətində baş mühasib vəzifəsində çalışdığını bildirib.

 

T.Məhərrəmov qeyd edib ki, daha sonra "City Develepol" şirkətində rəhbər kimi işləyib: "Şirkətdə çox ciddi layihələr həyata keçirilirdi. Mənim bir rəhbər şəxs kimi heç bir qərar vermək ixtiyarım yox idi, direktor kimi səlahiyyətlərim çatmırdı. Sənədləri gətirirdilər, mən də qol çəkirdim".

 

O deyib ki, Beynəlxaq Bankdan veksellərin alqı-satqısı ilə məşğul olub.

 

Məhkəmədə elan olunub ki, vekseller Beynəlxaq Bankdan 10 milyon manata alınıb.

 

Təqsirləndirilən C.Hacıyev arayış verərək söyləyib ki, vekselləri "City Develepol" şirkəti buraxıb, Beynəlxalq Bank isə maliyyələşdirib.

Məhkəmədə elan olunub ki, 2005-ci ilin əvvəlində bankla şirkət arasında müqavilə bağlanılıb, həmin ilin avqust ayında isə vekseller buraxılıb.

 

T.Məhərrəmov bir daha bildirib ki, şirkətdə heç bir səlahiyyəti olmayıb.

 

Daha sonra C.Hacıyevin bacanağı İsmayıl Hidayət-zadə dindirilib. O bildirib ki, bina tikintisi ilə bağlı şirkət təsis edib, həmin şirkətin direktoru isə başqa şəxs - Natiq İmanov olub: "Şirkəti Dünyamin Xəlilovla Natiq idarə edirdi. Mənim bankdan götürülən kreditlə bağlı məlumatım olmayıb".

 

Suallara cavab verən N.İmanov deyib ki, şirkətdə rəhbər olan zaman göstərişləri D.Xəlilovdan alıb: "Məni natarusa çağırırdılar, gedib sənədlərə imza atırdım".

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

25.02.2019 15:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ