Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Avtomobil sığortasında artım davam edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avtomobil sığortasında artım davam edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda avtomobil satışlarının artması ilə avtonəqliyyat vasitələrinin sığortası (könüllü avtomobil sığortası, KASKO) üzrə toplanan sığorta haqları da artır.

 

Reklam_3_11

“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar ayında sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin sığortası üzrə 2 milyon 414 min manat sığorta haqları hesablanıb. Bu, ötən ilin eyni eyni ayı ilə müqayisədə 16,3% çoxdur. 2018-ci ilin Yanvar ayında avtonəqliyyat vasitələrinin sığortası üzrə 2 milyon 76 min manat sığorta haqları hesabalanmışdı.

 

2018-ci ilin Yanvar ayı ilə müqayisədə 2019-cu ilin Yanvar ayında könüllü avtomobil sığortası üzrə ödənişlər təxminən 5% artıb. 2018-ci ilin Yanvar ayı ərzində 831 min manat təşkil etmiş ödənişlər bu ilin eyni ayında 872 min manata qalxıb.

 

Qeyd edək ki, 2019-cu ilin Yanvar ayında Azərbaycana 2 512 ədəd nəqliyyat vasitəsi idxal olunub. Bu, 2018-ci ilin Yanvar ayı ilə müqayisədə 2,5 dəfə çoxdur. Ötən ilin Yanvarında ölkəmizə 986 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu.

26.02.2019 05:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ