Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

“5G” şəbəkəsini dəstəkləyən ilk “Xiaomi” smartfonu təqdim olundu

iç səhifə xəbər başlığı altı (mobil)_31
“5G” şəbəkəsini dəstəkləyən ilk “Xiaomi” smartfonu təqdim olundu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Xiaomi” şirkəti Barselonadakı “MWC 2019” sərgisində “Mi Mix 3” flaqman modelinin təkmilləşdirilmiş versiyasını təqdim edib.

 

“Yeni modelin adi modeldən əsas fərqi “Snapdragon 855” prosessoru və “Snapdragon X50 5G” çipi ilə təchiz olunmasıdır. Öncəki “Mi Mix 3” modeli “Snapdragon 845” prosesssoru ilə təchiz olunub.

 

Bundan başqa, yeni modeldə batareya həcmi köhnəyə nisbətən 3200 mAh-dan 3800 mAh-a qədər artırılıb.

 

Digər göstəricilərdə isə ciddi fərqlər yoxdur. Yeni model 19.5:9 nisbətli 2340x1080 piksel keyfiyyətli 6.39 düym AMOLED ekran, Snapdragon 855 prosessoru, Adreno 640 qrafik sürətləndirici, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi, 12 MP (f/1.8 diafraqmalı Sony IMX363 kamera modulu) + 12 MP (f/2.4 diafraqmalı Samsung S5K3M3 kamera modulu) ikili arxa kamera və 24 MP + 2 MP ikili ön kamera ilə təchiz olunub.

 

Yeni smartfon modeli 5G şəbəkəsini dəstəklədiyi üçün maksimum yükləmə sürəti saniyədə 2 Gbit-i keçir. Məsələn 256 MB həcmli Full HD keyfiyyətli 15 dəqiqəlik videonu və ya 26 ədəd MP3 faylı bu smartfon 1 saniyə ərzində yükləyir.

 

Qeyd edək ki, “Mi Mix 3 5G” modeli bu ilin mayında Avropada 599 avroya satışa çıxacaq.

 

© Technote

26.02.2019 05:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ