Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Əmək müqavilələrinin sayında böyük artım

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əmək müqavilələrinin sayında böyük artım

Yanvar ayında əmək müqavilələrinin statistikasında müsbət dinamika müşahidə edilib.

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, buna səbəb qanunvericilikdə aparılmış son dəyişikliklər olub: "Bu ilin yanvar ayında əmək müqavilələrinin sayında 20 minədək artım müşahidə edilib. Bizim düşüncəmiz belədir ki, həm minimum əməkhaqlarının artırılması, həm gəlir vergisinin tutulması ilə bağlı özəl sektorda böyük güzəştlərin tətbiq edilməsi, həm də məşğulluq xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi kimi amillər əmək bazarının leqallaşması və əmək müqavilələrinin artması baxımından böyük əhəmiyyət kəsb edir".

 

Xatırladaq ki, 2019-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 101-ci maddəsinə uyğun olaraq, özəl və qeyri-neft sektorunda çalışan və aylıq gəliri 8.000 manatdan aşağı olan muzdlu işçilərin əməkhaqqından vergi tutulmur. Bu da işçilərin və onların gəlirlərinin uçotunun şəffaflaşmasına imkan verir.

26.02.2019 09:00

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ