Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Nazirlik rəsmisi: Vergiödəyicilərinin uçot məlumatları dürüstləşdirilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazirlik rəsmisi: Vergiödəyicilərinin uçot məlumatları dürüstləşdirilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Vergi nəzarəti tədbirləri zamanı vergiödəyicilərinin uçot məlumatları ilə faktiki məlumatları arasında hər hansı kənarlaşma müəyyənləşdirildikdə, vergi orqanı tərəfindən vergiödəyicisinə məlumat verməklə uçot məlumatlarının dürüstləşdirilməsi hüququ müəyyən edilib.

 

Reklam_3_11

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, bu barədə nazirliyin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov vergiödəyicilərinin və onların təsərrüfat subyektlərinin uçota alınması, uçot yerinin dəyişdirilməsi ilə bağlı yenilikləri şərh edərkən deyib.

 

Ə.Məmmədov qeyd edib ki, Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən, vergiödəyicisinin digər təsərrüfat subyekti olduqda həm özünün olduğu yer, həm də digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi orqanına təqdim etdiyi ərizə əsasında uçota alınır.

 

Onun sözlərinə görə, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, vergiödəyicisinin iki və daha çox təsərrüfat subyekti olduqda, həmin vergiödəyicisi iqtisadi maraqlar mərkəzinin (vergiödəyicisinin əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, digər təsərrüfat subyektləri (obyektləri), o cümlədən istehsal sahələri ilə müqayisədə vergiödəyicisinin fəaliyyəti üzrə gəlirlərinin formalaşmasında daha çox iştirak edən təsərrüfat subyektinin (obyektinin), o cümlədən istehsal sahəsinin yerləşdiyi yer) yerləşdiyi ünvan üzrə yenidən uçota alınır.

26.02.2019 10:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ