Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Sumqayıt Texnologiyalar Parkı 148 yaşlı qlobal şirkətlə anlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sumqayıt Texnologiyalar Parkı 148 yaşlı qlobal şirkətlə anlaşdı

Sumqayıt Texnologiyalar Parkı və İngiltərənin əsasən  mədənçilik və neft-qaz sənayeləri üzrə ixtisaslaşmış “Weir Group” şirkəti ilə anlaşma memorandumu imzalayıb.

 

“Marja” xəbər verir ki, sənədi “Weir Group”-un “Weir Oil & Gas Eastern Hemisphere”  şirkətinin  prezidenti Li Gloheç, “Weir Oil & Gas Eastern Hemisphere”  şirkətinin  Rusiya  və Orta Asiya ölkələri üzrə  Baş direktoru  Altug Bilgic, STP tərəfdən şirkətin Baş direktoru Emin Məmmədov imzalayıb. 

 

Anlaşma  şirkətlərin Azərbaycanda və MDB ölkələrində əməkdaşlıq etmək məqsədi daşıyır.  

 

"Bu memorandum STP üçün şirkəti doğru istiqamətdə inkişaf etdirib, qlobal bazara daha sağlam şəkildə çıxarmaqda növbəti addımdır.  “Weir Group”la əməkdaşlıq STP-yə xüsusilə neft və qaz sektorunda daha böyük layihələrə qoşulmaq imkanı yaradacaq",- STP-dən "Marja"ya bildirilib. 

 

“Weir Group” 1871-ci ildə İngiltərədə mühəndislər  tərəfindən yaradılmış. Şirkət minerallar, neft-qaz və energetika sənayesi üçün yüksək səviyyəli məhsullar və xidmətlərin tərtibi və istehsalı ilə  məşğul olur.

 

Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı (STP) regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabr ayının 22-də dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib. Hazırda  STP-də  mövcud  olan 13 zavodda 30-dan çox  istehsal sahəsi fəaliyyət göstərir.  Bu sahələr  neft və qaz, tikinti, energetika və kənd təsərrüfatı sahələri üçün  geniş  çeşiddə  məhsullarla  təmin edir.  Kabel, Polimer boru,  elektrik avadanlıqları,  metal konstruksiyalar, qəliblər, press formalar və  ştamplar bu məhsullardandır.

26.02.2019 11:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ