Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan aviaşirkətinə məxsus təyyarə zolaqdan çıxıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan aviaşirkətinə məxsus təyyarə zolaqdan çıxıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Silk Way Business Aviation” aviaşirkətinə məxsus təyyarə “Şeremetyevo” hava limanında qarlı zolağa enərkən zolaqdan kənara çıxıb.

 

Reklam_3_11

Aviaşirkətdən bildirilib ki, təyyarənin göyərtəsində üç nəfər olub və onların heç biri xəsarət almayıb.

 

İlkin qiymətləndirməyə görə, təyyarəyə ziyan dəyməyib.

 

XXX

 

Azərbaycana məxsus təyyarənin Rusiya aeroportunda zolaqdan kənara çıxması ilə bağlı qonşu ölkədə cinayət işi açılıb.

 

Rusiya mətbuatın xəbər verir ki, bunu ölkənin Moskva Regionlararası İstintaq İdarəsinin nəqliyyat üzrə baş köməkçisi Larisa Markovets bildirib.

 

Onun sözlərinə görə, qəza baş verməsinə təhlükəsizlik qaydalarının pozulmasının səbəb olduğu ehtimal edilir. 

 

"İstintaq qrupu hadisə yerinə gedib, hadisənin səbəbləri araşdırılır. İstintaqın gedişində təyyarənin texniki vəziyyəti diqqətlə yoxlanılacaq, ekipajın və yer xidmətlərinin hərəkətlərinə qiymət veriləcək", - deyə o əlavə edib. 

 

Xatırladaq ki, “Gulfstream” markalı təyyarə bu gün saat 13:00-da Bakı-Moskva aviareysi üzrə xüsusi uçuş həyata keçirib.

26.02.2019 12:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ