Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“A-Qroup Sığorta Şirkəti”nin xalis mənfəətində böyük artım

iç səhifə xəbər başlığı altı (mobil)_31
“A-Qroup Sığorta Şirkəti”nin xalis mənfəətində böyük artım
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2 il ardıcıl azalmadan sonra “A-Qroup Sığorta Şirkəti”nin xalis mənfəəti artıb.


 

“A-Qroup Sığorta Şirkəti” ASC 2018-ci ili 2 milyon 163 min manat xalis mənfəət ilə başa vurub. 2017-ci illə müqayisədə şirkətin xalis mənfəəti 52,6% artıb. “A-Qroup Sığorta Şirkəti” 2017-ci ili 1 milyon 417 min manat xalis mənfəətlə bağlamışdı. 2016 və 2017-ci illərdə şirkətin xalis mənfəəti azalmışdı.

 

“Marja” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ildə cəmi gəlirlər 13 milyon 998 min manat, cəmi xərclər isə 11 milyon 294 min manat, əməliyyat mənfəəti isə 2 milyon 704 min manat təşkil edib. Şirkət ötən il 541 min manat mənfəət vergisi ödəyib.

 

XƏRCLƏRİ AZALIB

 

2017-ci ildə “A-Qroup Sığorta Şirkəti”nin cəmi gəlirləri 13 milyon 843 min manat, cəmi xərcləri isə 12 milyon 71 min manat, əməliyyat mənfəəti isə 1 milyon 772 min manat təşkil etmişdi.  Şirkət həmin il 354 min manat mənfəət vergisi ödəmişdi.

 

Şirkətin “sair xərcləri” 685 min manatdan 14 min manata düşdüyündən 2018-ci ildə mənfəət bir əvvəlki illə müqayisədə artıb.

 

Qeyd edək ki, “A-Qroup Sığorta Şirkəti” 2015-ci ildə 7 milyon 889 min manat, 2016-cı ili 2 milyon 867 min manat, 2017-ci ildə 1 milyon 417 min manat xalis mənfəət açıqlamışdı.

 

TOPLADIĞI SIĞORTA HAQLARI ARTIB

 

“A-Qroup Sığorta Şirkəti”nin hesabladığı birbaşa sığorta üzrə sığorta haqları 2017-ci ildə 12 milyon 685 min manat ikən, 2018-ci ildə 13 milyon 170 min manat təşkil edib.

 

ŞİRKƏT BÖYÜYÜB

 

31 Dekabr 2018-ci il tarixində“A-Qroup Sığorta Şirkəti”  23 milyon 783 min manat cəmi aktivlərə, 10 milyon 672 min manat cəmi öhdəliklərə və 13 milyon 111 min manat cəmi akpitala malik olub.

 

31 Dekabr 2017-ci il tarixində“A-Qroup Sığorta Şirkəti”  22 milyon 983 min manat cəmi aktivlərə, 10 milyon 605 min manat cəmi öhdəliklərə və 12 milyon 378 min manat cəmi kapitala malik idi.

 

“A-Qroup Sığorta Şirkəti” ASC-nin 2018-ci il yanvarın 1-dən dekabrın 31-dək MALİYYƏ HESABATI

27.02.2019 04:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ