Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Avropa bankları Azərbaycanda nəhəng layihəni maliyyələşdirəcəklər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropa bankları Azərbaycanda nəhəng layihəni maliyyələşdirəcəklər

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın “Danieli & C. Officine Meccaniche S.p.A” şirkətinin idarə heyətinin rəhbəri və baş icraçı direktoru Gianpietro Benedettini qəbul edib.

 

Bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Gianpietro Benedetti Azərbaycanda metallurgiya sənayesi ilə bağlı planlaşdırılan birgə layihələr barədə Prezident İlham Əliyevə məlumat verib.

 

Qonaq bildirib ki, bu layihələrin həyata keçirilməsi nəticəsində Sumqayıt şəhərində 5 iri metallurgiya zavodunu özündə birləşdirən nəhəng metallurgiya klasteri yaranacaq. Bu klasterlərin yaranması Daşkəsən filizsaflaşdırma müəssisəsinin də tam gücü ilə işləməsinə şərait yaradacaq və Azərbaycanda metallurgiyanın xammaldan tutmuş müxtəlif çeşidli ən son məhsullara qədər vahid dəyər zəncirinin yaranmasını təmin edəcək. Gianpietro Benedetti onu da bildirib ki, bütün bu layihələrin özəl investisiya olaraq investorlar və Avropanın aidiyyatı bankları tərəfindən mailiyyəşdirilməsi nəzərdə tutulur.

 

Azərbaycanda sahibkarlar üçün gözəl şəraitin mövcud olduğunu deyən dövlət başçısı ölkəmizin xarici investorların cəlb edilməsində maraqlı olduğunu bildirib. Prezident İlham Əliyev investorların və bütün sahibkarların maraqlarının qorunması üçün zəruri tədbirlərin dövlət tərəfindən bundan sonra da görüləcəyini deyib.

 

Danieli  şirkəti metalemalı sənayesi üçün avadanlıq və qurğuların istehsalçısıdır və  böyüklüyünə görə dünyada üçüncüdür. Şirkət İtaliya, Almaniya, Avstriya, İsveçrə, Tailand, Çin, Hindistan və Rusiyada səkkiz zavodu var.

15.12.2016 14:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ