Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Fitch” İpoteka və Kredit Zəmanət Fondunun reytinqini təsdiqləyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Fitch” İpoteka və Kredit Zəmanət Fondunun reytinqini təsdiqləyib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Fitch” beynəlxalq reytinq agentliyi İpoteka və Kredit Zəmanət Fondunun xarici və yerli valyutada uzunmüddətli defolt reytinqini “BB+” səviyyəsində təsdiqləyib.

 

Bu barədə agentliyin açıqlamasında bildirilir.

 

Qurumun reytinq üzrə proqnozu isə “Sabit”dir. 

 

“Fitch” bəyan edib ki, reytinq onun Fondla bağlı dəyişməyən baxışını əks etdirir.

 

“İpoteka və Kredit Zəmanət Fondu dövlət mülkiyyətindədir, dövlətlə güclü əlaqələrə malikdir və onun fəaliyyətinə nəzarət edilməsi Fondun dövlətin iqtisadi siyasətində strateji əhəmiyyətini göstərir”, - deyə Agentlik bəyan edib.

 

“Fitch” ehtimal edir ki, Fonda ortamüddətli dövrdə dövlət dəstəyi davam etdiriləcək. Bura kapital inyeksiyası, Azərbaycan Mərkəzi Bankının onun istiqrazlarını alması və s. daxildir. Fond həmçinin gəlir vergisi ödəmədiyi və həyata keçirdiyi əməliyyatlardan gəlir əldə etdiyi üçün də dolayısı ilə dəstəklənir.

 

“Dövlətin mənzil syasətində Fondun rolu əhəmiyyətlidir. Fond respublikada subsidiyalaşdırılmış ipoteka krediti verən yeganə dövlət təşkilatıdır. Son dövrlər iqtisadi böhranlar və artan bazar qiymətləri arasında yerli ipoteka bazarında mərkəzləşdirilmiş borcverən kimi fəaliyyət göstərir. Fond Azərbaycanda ev təsərrüfatlarının borc götürdüyü daşınmaz əmlaklar üzrə kredit portfelinin 60%-dən çoxunu əhatə edib”, - açıqlamada qeyd olunub.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Report

27.02.2019 09:30

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ