Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“DOST Məsləhəti” proqramı fəaliyyət göstərəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“DOST Məsləhəti” proqramı fəaliyyət göstərəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin  “DOST” Mərkəzlərində  əhaliyə proaktiv xidmətlər üzrə “DOST Məsləhəti” proqramı da fəaliyyət göstərəcək.  

 

Reklam_3_11

Nazirlikdən "Marja"ya daxil olmuş məlumata görə, bu proqram əsasında vətəndaşlara yalnız müraciətləri əsasında deyil, müraciət etmədikləri halda belə, əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələri üzrə yaranan və ya yaxın müddətdə yaranacaq hüquqlarından faydalanmaq imkanı veriləcək. Belə ki, vətəndaşın müraciəti olmadan elektron informasiya sistemindəki mövcud məlumatlar əsasında onun sosial vəziyyəti tam araşdırılıb qiymətləndirəcək, hansı sosial xidmətdən yararlana biləcəyi barədə həmin şəxsə məsləhətlər, təkliflər veriləcək.

 

Hazırda elektron qaydada pensiya təyinatı bu sahədə proaktiv xidmətin bir nümunəsidir və avtomatlaşdırılmış pensiya təyinatına oxşar sistemin bütün sosial xidmətlər üçün tətbiqi əsas hədəflərdəndir.

27.02.2019 12:39

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ