Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Prokuror 1 milyon manatlıq dələduzluq edən şirkət direktoruna cəza istəyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Prokuror 1 milyon manatlıq dələduzluq edən şirkət direktoruna cəza istəyib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Feliks Mendeleyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

 

Reklam_3_11

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

 

Prokuror çıxışında onun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Məhkəmənin növbəti iclası martın 6-na təyin edilib.

 

İttiham aktına əsasən, Özbəkistanda anadan olmuş, Azərbaycan vətəndaşı F.Mendeleyev “Sepra İnvest Ltd” şirkətinin direktorudur. Onun şirkəti Litvada qeydiyyatdan keçib.

 

İş üzrə zərərçəkmiş Qulu Quliyev oğluna xaricdə mənzil almaq istəyib və tanışı F.Mendeleyev ona öz şirkəti vasitəsilə xarici ölkələrə investisiya qoyaraq yaxşı gəlir əldə edə biləcəyini deyib. Q.Quliyev də onunla razılaşıb. F.Mendeleyev Avtraliyada yerləşən 3 şirkətin adından Q.Quliyevlə ingilis dilində müqavilə imzalayıb və ondan ümumilikdə 982 min 833 manat alaraq bu şirkətlərin hesabına köçürüb. Daha sonra həmin pulları Sinqapurda yerləşən digər şirkətlərin bank hesabına köçürüb və bir hissəsi ilə ABŞ-ın Nyu-York şəhərində yerləşən binadan 7 otaq satın alaraq icarəyə verib. Bir neçə ay sonra isə Q.Quliyevlə müqavilə imzalayan şirkətləri müflis elan edərək öhdəliklərin icrasından yayınıb.

 

F.Mendeleyev bundan başqa həmin dövr ərzində Q.Quliyevlə “Monte Kristo” şadlıq sarayında görüşərək bir neçə dəfəyə dələduzluq yolu ilə 54 min 500 manat pul alaraq mənimsəyib.

 

Təqsirləndirilən F.Mendeleyev həbs edilməyib, barəsində başqa yerə getməmək barəsdə iltizam qətimkan tədbiri seçilib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

27.02.2019 14:17

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ