Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İcra başçısının ölümü ilə bağlı cinayət işi açıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
İcra başçısının ölümü ilə bağlı cinayət işi açıldı

Fevralın 24-də Bakı şəhər Yasamal rayonu Yeni Yasamal qəsəbəsində yerləşən mənzildə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimovun vəfat etməsi ilə bağlı cinayət işi açıldığı bildirilir.

 

Reklam_3_11

Məlumata görə, 1967-ci il təvəllüdlü R.İbrahimovun yaşadığı mənzildə vəfat etməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.

 

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, Rövşən İbrahimov fevralın 25-də Qurd qapısı qəbiristanlığında dəfn edilib.

 

O, Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2014-cü il tarixli sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 18 may 2018-ci il tarixli sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Publika

27.02.2019 13:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ