Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Aeroportda sakinlərə və turistlərə yalnız bu taksilər xidmət göstərəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Aeroportda sakinlərə və turistlərə yalnız bu taksilər xidmət göstərəcək

“Xidmət keyfiyyətinin yüksəldilməsi və təhlükəsizliyin təmin edilməsi üçün aparılan bir sıra islahatların nəticəsi olaraq Hava Limanı ərazisində yerli sakinlərə və turistlərə yalnız “Bakı Taksi Xidməti” MMC taksi fəaliyyəti göstərəcək”.  

 

Bu bararədə “Marja”ya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

 

Qeyd edilib ki, “Bakı Taksi Xidməti” MMC komfortlu və taksometrlə təyin edilən standart qiymətlərlə sərnişin daşıma xidməti təşkil edir.

 

Müştərilərin sifarişinin rahat qəbul olunması üçün Aeroport daxilində məlumat stendi quraşdırlıb.

 

"Taksilərin fəaliyyətinə nəzarət daha da gücləndirilib. “Taxometer” cihazı vasitəsilə müştəri yalnız qət etdiyi məsafəyə uyğun ödəniş edir. Taksi xidməti sahəsində ilk dəfə olaraq “Bakı Taksi Xidməti” MMC-nin sürücüləri xüsusi uniforma ilə təmin olunub. Eyni zamanda, işə xüsusi təlim keçmiş və əcnəbi qonaqlarla rahat ünsiyyət qurmaq üçün dil bilgisi olan şəxslər qəbul olunur.

 

Yeni fəaliyyətə başlayan “1848” Çağrı mərkəzi taksi xidmətindən istifadəni daha da rahatlaşacaq",- məlumatda deyilir.

28.02.2019 07:54

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ