Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın yeni ən uzunömürlü sakini müəyyən edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın yeni ən uzunömürlü sakini müəyyən edilib

Azərbaycanın yaş verifikasiyası (yaşın dəqiqləşdirilməsi) aparılmış uzunömürlüləri arasında ölkəmizin yeni ən yaşlı sakini müəyyənləşdirilib.

 

Bunu Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova deyib.

 

Onun sözlərinə görə, yaş verifikasiyası aparılmış uzunömürlülər arasında ən yaşlı sakin olan 108 yaşlı Vəsmə Məmmədova 2018-ci ildə dünyasını dəyişib:

 

"Tədqiqatlarımız hələ ki, Azərbaycanın cənub bölgələrində aparıldığından yalnız bu bölgələrin ən yaşlı sakini haqqında məlumat verə bilərik. Bu tədqiqatlara əsasən, hazırda ölkəmizin ən yaşlı sakini Lənkəran rayonu Sütəmurdov kəndinin 103 yaşlı sakini Mirzadə Cabbarova sayılır".

 

U.Həşimova qeyd edib ki, bir çox hallarda uzunömürlülərin sənədlərində göstərilən yaşla onların əsl yaş göstəriciləri üst-üstə düşmür. Buna görə də uzunömürlülər tədqiq olunarkən hər şeydən əvvəl onların yaş verifikasiyası aparılır.

 

İnstitutunun direktoru bəzən ən yaşlı insan haqqında onların sənədinə istinadən yayılan məlumatların da elmi əsasının olmadığını söyləyib.

 

Qeyd edək ki, Lənkəran rayonu Gərmətük qəsəbə sakini 108 yaşlı Vəsmə Məmmədova son 3 il ərzində Azərbaycanın ən yaşlı uzunömürlü (yaşı verifikasiya olunmuş uzunömürlülər arasında) sakini hesab olunurdu.

 

© Trend

28.02.2019 07:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ