Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

 

Reklam_3_11

- Səhər saat 09:20-də Mərkəzi Bank Martın 2-nə USD/AZN rəsmi məzənnəsini 1.7515 manat səviyyəsində açıqladı.

 

- Saat 10:00-dan başlayaraq banklarda Dolların alış və satış qiymətlərinin aşağı düşdüyü müşahidə olundu, Dollar əsasən 1.77-1.79 manat səviyyələrindən satıldı.

 

 - Saat 12:00-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirildi. Hərracda manatın orta çəkili məzənnəsi 1,7551 manat səviyyəsində formalaşdı. Başqa sözlə, hərracda Dollar Manat qarşısında 0,2% möhkəmləndi.

 

- Hərracdan sonra banklarda Dolların alış və satış məzənnələri demək olar ki dəyişmədi, baxmayaraq hərracda Dollar az da olsa bahalaşmışdı. Son vaxtlar Mərkəzi Bankda Manatın orta çəkili məzənnəsi qalxsa da, Banklarda Dollar düşür.

 

- Axşam saat 17:05-də Mərkəzi Bank 03.03.2017-cı il tarixinə USD/AZN rəsmi məzənnəsinin 1,7548 səviyyəsində müəyyən olunduğunu açıqladı. Bu səviyyə hərracdakı səviyyədən cüzi aşağı idi.

 

 RAHAT MEBEL KREDİTİ!

 

Qeyd edək ki, çoxları Dolların sonuncu ucuzlaşmasının  davam etməyəcəyini hesab edir və manatın bahalaşmasına inanmırlar. Onlara görə, Manatın güclənməsi üçün iqtisadi səbəb yoxdur, bu, bir “oyundur”. Hələ də çox insan, Mart ayından başlayaraq Dolların daha sürətlə bahalaşacağını hesab edir.

 

Qeyd  edək, Mərkəzi Bank depozit hərracları və notların yerləşdirilməsi ilə dövriyyədəki izafi manat kütləsini çıxardır. Manatın qıtlaşması Dollar alışını da məhdudlaşdırır (tələbi azaldır) və bu da məzənnənin kəskin qalxmasının qarşısını alır. Qısası, banklarda dolların ucuzlaşması manat çatışmalığı ilə bağlıdır.

 

Əlavə edək ki, Fevralın 1-də Dollar/Manat rəsmi məzənnəsi 1.92 manat səviyyəsinə çıxmışdı. Həmin gün bəzi banklar Dolları 1.94-1.95 manata alıb, 1.99 manatdan baha satırdılar.

 

HYUNDAİ CRETA! KOMPAKT SUV-UN YENİ ULDUZU!

02.03.2017 18:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ