Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Dollar kreditlərinin artmış hissəsinə dövlət kömək edir - NÜMUNƏLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar kreditlərinin artmış hissəsinə dövlət kömək edir - NÜMUNƏLƏR

Xəbər verdiymiz kimi, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

 

Reklam_3_11

Fərmana əsasən fiziki şəxslərin problemli kreditlərinə kömək göstərilir, şirkətlərə şamil edilmir. Həmçinin 10 min dollardək olan dollar kreditlərində güzəştlər edilir.

 

Fərmana görə, devalvasiya nəticəsində artan borcun ödənilməsinə dövlət büdcəsi hesabına yardım ediləcəkdir.

 

1-ci devalvasiyaya qədər götürülmüş kreditlər üzrə borcun artmış hissəsinə görə, 1 ABŞ Dolları əsas borc üzrə 25 qəpik, 1-ci və 2-ci devalvasiya arasındakı müddətdə götürülmüş kreditlər üzrə borcun artmış hissəsinə görə, 1 ABŞ Dolları əsas borc üzrə 60 qəpik dəstək veriləcəkdir.

 

Tutaq ki, müşətəri 2015-ci il fevralın 21-dək olan dövrdə bankdan 1000 dollar (780 manat) borc götürüb. 21 Fevral 2015-ci il tarisində devalvasiya nəticəsində Dollar/Manat məzənnəsi 1.05-ə yüksəldiyindən müştərinin banka borcu Manat ilə ifadədə 1050 manata yüksəlmişdi. Həmin borc uzrə artmış 270 manat borcun 250 manatı dövlət büdcəsindən ödəniləcəkdir (1 dollar borca görə 25 qəpik yardım).

 

Tutaq ki, müşətəri 2015-ci ilin 21 Fevral tarixindən sonra (Amma 21 Dekabr 2015-ci il tarixinədək) 1000 dollar (1050 manat) kredit götürmüşdür. Məzənnə 1.70-ə qalxdığından borc da manat ilə ifadədə 1700 manata yüksəlmiş və müştərinin borc yükü 650 manat artmışdır. Artan 650 manatın 600 manatı dövlət büdcəsi hesabına ödəniləcəkdir (1 dollar borca görə 60 qəpik yardım).   

 

Hər iki tarixdə mövcud olmuş borclar üzrə isə hər iki qayda tətbiq ediləcəkdir.

 

Dövlət büdcəsindən ayrılan yardım ilə ilk növbədə artan borc bağlanacaq, qalan hissə vətəndaşa ödəniləcəkdir. 

 

HƏMÇİNİN OXU: Hökumət Dollar kreditləri barədə qərarını açıqladı 

 

Fərmanda deyilir:

 

1.Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin:

 

1.2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi;

 

1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi;

 

1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.

 

-Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş ilk növbədə fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.

28.02.2019 11:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ