Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Problemli kreditlərlə bağlı məhkəmə işlərinin hamısına yenidən baxılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Problemli kreditlərlə bağlı məhkəmə işlərinin hamısına yenidən baxılacaq

Prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. 

 

Reklam_3_11

Fərmanda məhkəmədə olan işlərin geri çağırılması ilə bağlı müddəa da yer alır. 

 

Belə ki, sənəddə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur.


Bu barədə məsələni şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, Fərmanla eyni zamanda, problemli kreditlərlə bağlı məhkəmə işlərinin hamısına yenidən baxılacaq:


“Bildiyiniz kimi, məhkəmələrdə problemli kreditlərlə bağlı yüzminlərlə işlərə baxılırdı, çox sayda insan hətta həbs cəzası almışdı. Bugünkü Fərmala o işlərin hamısı geri çağırılacaq”.
 

Parlamentari Prezident İlham Əliyev tərəfindən sadə vətəndaşların rifah halının yaxşılaşdırılmasına yönəlmiş bu Fərmanı yüksək qiymətləndirdiyini vurğulayıb.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Modern 

28.02.2019 11:35

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ