Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Rəqiblərimiz klinikamıza son ümid yeri kimi baxırlar”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Rəqiblərimiz klinikamıza son ümid yeri kimi baxırlar”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Mərkəzi Klinikaya nəinki vətəndaşlarımız, hətta rəqabət apardığımız səhiyyə müəssisələri belə son ümid yeri kimi baxırlar”.

 

“Marja” xəbər verir ki, bunu Mərkəzi Klinik Xəstəxananın baş direktoru, Əməkdar həkim İxtiyar Sultanov bildirib.

 

Onun sözlərinə görə, Mərkəzi Klinikada xidmət mədəniyyəti elə təşkil olunub ki, günün hansı saatında müraciət edilməsindən asılı olmayaraq, bütün sahələr üzrə yüksək ixtisaslı mütəxəssislər tərəfindən müayinə və müalicə təmin olunur:

 

“Yəni, gecə saatlarında belə rahatlıqla hər bir mürəkkəb əməliyyatı, məsələn, beyin, ürək-damar və s. əməliyyatları təcili formada uğurla həyata keçirmək və ya istənilən diaqnostik müayinədən keçmək mümkündür. Bunun üçün peşəkar tibbi heyət 24 saatlıq növbəli qrafik əsasında fəaliyyət göstərir. Yuxarıda qeyd etdiklərimizdən göründüyü kimi, Mərkəzi Klinika böyük potensial imkanlara və üstünlüklərə malik bir şəfa ocağı- dır. Ötən dövr ərzində burada çox böyük işlər görülüb. Əlbəttə, qarşıda görəcəyimiz işlər gördüklərimizdən qat-qat çoxdur və təbii ki, bu həcmdə işlərin görülməsi, mürəkkəb tibbi xidmətlərin həyata keçirilməsi xəstəxanamıza xalqın inamını artırır. Odur ki, Mərkəzi Klinikaya nəinki vətəndaşlarımız, hətta rəqabət apardığımız səhiyyə müəssisələri belə son ümid yeri kimi baxırlar”.

 

"XƏSTƏNİ AĞIR VƏZİYYYƏTƏ SALIB BİZƏ GÖNDƏRİRLƏR"

 

Əməkdar həkim, “Belə ki, bu müəssisələr uzun müddət müalicə etdikləri, lakin nəticə əldə edə bilmədiklərindən daha ağır vəziyyətə düşən xəstələrini son nəticədə müəssisəmizə köçürürlər. Bu cür xəstələrin sağalmalarına ümid çox az olsa da, həmin müəssisələrin rəhbərlərinin və ya xəstələrin yaxınlarının xahişi, bəzi hallarda təkidi ilə onları Mərkəzi Klinikaya qəbul etmək məcburiyyətində qalırıq” deyərək sözlərinə belə davam edib:

 

“Belə xəstələrdə isə fəsadlaşma və ölüm riskləri yüksək olur ki, bəzi hallarda göstərilən peşəkar tibbi xidmətlər və çalışmalar müsbət nəticə vermir. Ancaq əminliklə qeyd etmək istəyirəm ki, fəsadlaşma və ölüm hallarının statistikasına görə, Mərkəzi Klinikanın göstəriciləri həm respublikanın, həm də dünyanın qabaqcıl səhiyyə müəssisələrinin göstəricilərindən xeyli aşağıdır. Bir məsələni də vurğulamaq istəyirəm ki, xəstələrin razı qalmalarına nail olunması əsas məqsədimiz olduğundan tibbi xidmətin keyfiyyətinə xüsusi diqqət yetirməklə yanaşı, onların xidmətimizə münasibətlərini öyrənməyi də vacib hesab edir və bu məqsədlə xəstəxanamızda pasiyentlərin öz arzu, təklif və şikayətlərini aşkar və məxfi şəkildə bildirmələri üçün xüsusi şərait yaradılıb. Hər ay bizə edilən belə müraciətlərin və şikayətlərin təhlili aparılır, qaldırılan məsələlərlə bağlı lazımi tədbirlər görülür və bu barədə onlar rəsmi qaydada məlumatlandırılırlar”.

 

“QAÇAQ” TİBBİ XİDMƏT GÖSTƏRƏN ƏMƏKDAŞLARIMIZ VAR

 

 İxtiyar Sultanov çox təəssüflə qeyd edir ki, bəzi hallarda Mərkəzi Klinik Xəstəxananın əməkdaşları arasında da öz şəxsi maraqlarını üstün tutaraq xəstələrlə müəyyən sövdələşmələrə gedənlər, onlaraı xəstəxanadan yayındıraraq digər səhiyyə müəssisələrində “qaçaq” tibbi xidmətlər göstərənlər tapılır.

 

“QARAYAXMA KAMPANİYALARI HƏYATA KEÇİRİRLƏR”

 

“Xoşagəlməz hal olsa da, qeyd etməliyəm ki, peşə imkanları və bacarıqları baxımdan müəssisəmizlə rəqabət aparmaq iqtidarında olmayan “bəzi səhiyyə müəssisələri” Mərkəzi Klinikanın cəmiyyətimizdə get-gedə artan nüfuzuna qısqanclıq və həsəd hisslərindən qaynaqlanan qarayaxma kampaniyaları həyata keçirirlər. Həmkarlarının fəaliyyətini ləkələmək cəhdləri təbii ki, onlara başucalığı gətirmir. Amma bunu da deməliyəm ki, ünvanımıza söylənilən hədyan və cəfəng tənələrə tərəfimizdən dərhal münasibət bildirməməyimiz, təmkinli mövqedə durmağımız onları daha da azğınlaşdırır. Belələri bilməlidirlər ki, Mərkəzi Klinikanın yüzlərlə əməkdaşı öz iş saatlarını, bilik və təcrübələrini mənasız işlərə yox, əsil səhiyyə işçisi və vətəndaş olaraq yüksək etimadı doğrultmaq işinə sərf edir”.

 

“QİYMƏTLƏR AŞAĞI SALINIB”

 

Əmakdar həkim əlavə edib ki,  Mərkəzi Klinika respublikamızda geniş tibbi xidmətləri təqdim edən ilk təsərrüfathesablı müəssisədir:

 

“Bu sahədə tibbi xidmətlərin qiymətlərinin və onların maya dəyərinin formalaş- dırılması mürəkkəb bir proses kimi hər zaman qarşımızda durur. Qiymət formalaşması bir tərəfdən iqtisadi məsələ kimi müəssisənin fəaliyyətinin təmin edilməsi deməkdir, çünki təsərrüfathesablı müəssisə olaraq mövcudluğu və inkişafı bundan asılıdır. Digər tərəfdən isə tibbi xidmətlərin ödəniş qiymətləri məsələsi sosial xarakter daşıyır. Etiraf etmək lazımdır ki, ilk dövrlərdə tibbi xidmətin maya dəyərinə aid bütün təşkiledicilər (tibbi cihaz, alət, dərman və peşəkar mütəxəssislər) respublikaya kənardan gətirildiyinə görə xidmətin ödəniş qiymətinə təsir edirdi və cəmiyyətin alıcılıq imkanları ilə çox zaman üst-üstə düşmürdü. Mərkəzi Klinika vətəndaşlarımızın keyfiyyətli tibbi xidmətləri xaricdə yox, öz ölkələrində almalarını təmin etmək, həmçinin ölkədən çıxan valyutanın qarşısını almaq, onu milli səhiyyəmizin inkişafına yönəltmək məqsədilə bir sıra əməli tədbirlər həyata keçirdi. Odur ki, bu gün Mərkəzi Klinikada eyni tibbi xidmətlər xaricdə və ölkəmizdə olan özəl tibb müəssisələri ilə müqayisədə daha keyfiyyətli həyata keçirilir, ödəniş qiymətləri isə daha aşağı tarifdə tətbiq olunur”.

03.03.2017 05:06

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ