Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

İpoteka və Kredit Zəmanət Fondunun yeni kredit reytinqi modeli təqdim olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
İpoteka və Kredit Zəmanət Fondunun yeni kredit reytinqi modeli təqdim olunub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fevralın 28-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ilə “KPMG Azərbaycan” beynəlxalq audit şirkəti tərəfindən birgə yaradılan, qabaqcıl beynəlxalq praktikaya əsaslanan və daha dayanıqlı yeni kredit reytinq sisteminin (kredit reytinqi modeli) təqdimatı keçirilib.

 

Reklam_3_11

Fondun mətbuat xidmətindən bildirilib ki, təqdimatda Azərbaycan Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadiyyat Nazirliyinin, habelə bankların və beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak edib.

 

Yeni yaradılan kredit reytinqi modeli Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası”na uyğun olaraq hazırlanıb.

 

Tədbirdə bildirilib ki, kredit risklərinin minimuma endirilməsi məqsədilə yaradılan model sahibkarlıq subyektlərinin ödəmə qabiliyyətinin qiymətləndirilməsi və risk kateqoriyalarının müəyyən edilməsinə imkan yaradacaq. Qiymətləndirmə prosesi maliyyə və qeyri-maliyyə göstəricilərinin təhlili və erkən xəbərdarlıq siqnallarının ölçülməsi vasitəsilə aparılacaq.

28.02.2019 12:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ