Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dollar kreditlərinə görə artıq ödəniş edənlərin pulu özünə qaytarılacaq - MƏRKƏZİ BANK

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar kreditlərinə görə artıq ödəniş edənlərin pulu özünə qaytarılacaq - MƏRKƏZİ BANK

“Vətəndaş 0,78 məzənnə ilə dollar krediti götürübsə, devalvasiyadan sonra krediti yüksək məzənnə ilə ödəyib, borcu bağlayıbsa, iki məzənnə arasındakı fərq geri qayatrılacaq”.


Bu sözləri Mərkəzi Bankın baş direktoru Rəşad Orucov “REAL TV”nin canlı efirində prezidentin problemli kreditlərlə bağlı imzaladığı fərmanı şərh edərkən deyib.

 

R.Orucov bildirib ki, əgər vətəndaş 0.78 məzənnə ilə dollar krediti alıb devalvasiyadan sonra 1.05 məzənnəsi ilə ödəyibsə, iki məzənnə arasındakı fərq vətəndaşa geri qaytarılacaq:


“Kredit tam bağlanıbsa fərq geri veriləcək. Devalvasiyadan öncə götürülüb ödənilən və ikinci devalvasiyadan sonra götürülən kreditlərə kompensasiya nəzərdə tutulmayıb”.


Mərkəzi Bank rəsmisi qeyd edib ki, söhbət devalvasiya zamanı götürülən dollar kreditlərindən gedir:


“Devalvasiyadan öncə və sonra götürülən kreditlərə kompensasiya nəzərdə tutulmayıb. 10 min dollardan çox olan kreditlərə də bu güzəştlər şamil edilmir”.

 

İqtisadçı Vüqar Bayramov məsələ ilə bağlı danışarkən bildirib ki, Fərmanda devalvasiya müddətində götürülmüş və artıq bağlanmış kreditlərə görə müddəa da yer alıb:


“Göstərilib ki, vəsait banka və fiziki şəxsin sərəncmaına ödənilsin. Bu o anlama gəlir ki, vətəndaş kredit borcunu bağlayıbsa, ödənilmiş artıq vəsait onun özünə qaytarılacaq. Söhbət devalvasiya müddətində götürülmüş və artıq bağlanmış kreditlərdən gedir”.


Ümumiyyətlə, bu fərmanın təxminən 850 minə yaxın fiziki şəxsi əhatə edəcəyi bildirilir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

28.02.2019 13:43

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ