Neft Fondunun portfelinə daxil olan qızılın miqdarı açıqlandı

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinə daxil olan qızılın miqdarı 51 tona çatır.

 

Bu barədə müsahibəsində ARDNF-in icraçı direktoru Şahmar Mövsümov deyib.

 

Ş.Mövsümov qeyd edib ki, Dövlət Neft Fondunun investisiya portfelində 2017-ci ilin sonuna qızılın ümumi miqdarı 30 ton 174,9 kiloqram (970 145,5 troya unsiyası) təşkil edib. Ötən il isə əlavə olaraq dəyəri 816,96 milyon dollar təşkil edən 20 ton 778,4 kiloqram (668 040,7 troya unsiyası) qızıl alınıb. Nəticədə ARDNF-in investisiya portfelinə daxil olan qızılın ümumi miqdarı keçən ilin sonuna 50 ton 953,3 kiloqram (1 638 186,3 troya unsiyası) və yaxud 2 milyard 93,09 milyon dollar təşkil edib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

28 Fevral 2019 , 17:01   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin