Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Embafinans” xanımları seminara dəvət edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Embafinans” xanımları seminara dəvət edir

(®) Dəyərli xanımlar, bildiyiniz kimi, irəlidən 8 mart Beynəlxalq Qadınlar Günü gəlir. Bu gözəl və olduqca özəl bayram sadəcə Sizin nə dərəcədə güclü və eyni zamanda zərif, mətin və eyni zamanda kövrək olduğunuzu bir daha vurğulamaq səbəbidir.

 

Reklam_3_11

Siz - bu dünyanı gözəllişdirməyə, hər bir insanı həyata ümid ilə baxmağa sövq edən özəl insanlarsınız. Mübariz və yenilməz olmağınız əzəldən dillərə dastan olub. Həyatın dərdini, problemlərini, məişət çətinliklərini incə çiyinlərinizdə daşıyaraq, talehin bəzən bəxş etdiyi çətin anlarına sinə gərməyi bacarırsınıız.

 

Nə kimi haqsızlıqlarla, ayrıseçkiliklərlə, xəstəliklərlə mübarizə aparmağa qadirsiniz. Bu mübarizədə daima Sizin yanınızda olmaqdan şərəf və qürur duyuruq.

 

Əsrimizin bəlalarından olan “Süd vəzilərinin xərçəngi”, kimi ağır “hökm” ilə belə döyüşmək gücünü nümayiş edib bütün dünyanı heyran qoymağa qadirsiniz.

 

Bu mübarizədə Sizə yardım etməyi özümüzə borc bildik.

 

Beləliklə, 7 Mart 2019-cu il tarixində , BOKT “Embafinans” MMC-nin baş ofisində “İstiqanlı olaq” layihəsi çərçivəsində, “SİZ DAHA GÜCLÜ OLUN” şüarı altında “Süd vəzilərinin xərçəngi” ilə bağlı seminar baş tutacaq. Seminarda Azərbaycanın görkəmli ankoloqları və psixoloqları çıxış edəcək. Seminarın əsas məqsədi xəstəlik haqqında ilkin məlumatları, xəstəliyin simptomatikası və müalicəsi, profilaktikası barəsində dolğun şəkildə izahıdır.

 

Seminara giriş yalnız qadınlar üçündü, çıxış edəcək həkim və mütəxəssislər də yalnız qadınlar olacaq. Seminara saat 09:00-da start veriləcək. İştirak etmək istəyən xanımlar *1414 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

 

Hər birinizin iştirakı Bizim üçün çox vacibdir.

Siz bü dünyada tək deyilsiniz, Siz özünüz bizim üçün bir dünyasınız!

https://www.facebook.com/embafinans/

https://www.instagram.com/embafinans/

28.02.2019 14:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ