Dünyaca məşhur azərbaycanlı çempion reklam çarxına çəkilib

(®) Azərbaycanlı K-1(təkbətək döyüş) ustası, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş Zabit Səmədov ilk dəfə reklam çarxına çəkilib.

 

Reklam İtaliya istehsalı olan “Efridol” üçün hazırlanıb.

 

İdmançı reklam çarxında bu dərmanın təsirlərini özündə əks etdirən obraz yaradaraq, preparatı auditoriyaya təqdim edib. "Efridol"-un siması Zabit Səmədov ağrıkəsici, iltihabəleyhinə və hərarətsalıcı vasitə olan dərmanın müalicəvi və uzunmüddətli təsirini bir idmançı kimi diqqətə çatdırıb.

 

Qeyd edək ki, reklam çarxı Prezident İlham Əliyevin və I vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə yaradılmış “Zabit Səmədov” döyüş klubunda çəkilib.

 

Məlumat üçün bildirək ki, “Efridol” travmatik, diş, baş, oynaq, əzələ-vətər və sinir ağrıları üçün güclü təsiredici qüvvəyə malikdir.

 

“EFRİDOL” – Ağrılardan xilas ol!

 

Video: https://bit.ly/2Vq1rJ5

 

1 Mart 2019 , 12:12   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin